İlk islam hava yolu şirkəti “Rayani Air” fəaliyyətə başlayıb

İlk islam hava yolu şirkəti “Rayani Air” fəaliyyətə başlayıb
20:13 21 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, Elvin Camalov, AZƏRTAC
Malayziyanın ilk islam hava yolu şirkəti “Rayani Air” paytaxt Kuala-Lumpurdan ölkənin kurort şəhəri olan Langkaviyə səfəri ilə uçuşlara rəsmi olaraq başlayıb.
AZƏRTAC “airporthaber.com” saytına istinadla xəbər verir ki, aviaşirkətdə müsəlman olan qadın personal hicab örtəcək, müsəlman olmayanlar isə geyimlərinə ciddi fikir verməlidılər. Şirkətin təyyarələrində sərnişinlərə donuz ətindən hazırlanmış yeməklər və məhsulların yanında spirtli içkilərin verilməsi qadağan olunub. Təyyarə uçuşa başlamazdan öncə isə dua oxunur.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ilk_islam_hava_yolu_sirketi_Rayani_Air_fealiyyete_baslayib-913087

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR