Tbilisidə azərbaycanlı rejissorun tamaşasının təqdimatı olub

Tbilisidə azərbaycanlı rejissorun tamaşasının təqdimatı olub
20:18 21 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 21 dekabr, AZƏRTAC
Tbilisidəki “Atoneli” teatrında gənc azərbaycanlı rejissor və aktyor Anar Rafiqoğlunun “Stendap komediya” janrında hazırladığı “Zarafat kolleksiyası” tamaşasının təqdimatı olub.
Gürcüstanda Azərbaycan dilində ilk dəfə bu janrda hazırlanan tamaşada cəmiyyətdə baş verən hadisələr bir nəfərin dilindən zarafatla tamaşaçılara çatdırılır.
Aktyor Anar Rafiqoğlu tamaşaçılar qarşısında çıxış edərək cəmiyyətdə baş verən hadisələri zarafatla tamaşaçıların diqqətinə çatdırıb.
Tamaşaçı Eka Ziduaşvili AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib ki, Anar Rafiqoğlunun seçdiyi janr bu gün çox önəmlidir. Bu janrda tamaşaçıya təqdim olunan səhnələr əslində günün reallığıdır. Bu reallıqları zarafatla, gülüşlə tamaşaçıya təqdim etmək insanların əhval-ruhiyyəsini qaldırmaqla yanaşı, mövcud problemlərin həllinə də yol açır.
Tamaşaçı Gültəkin Mustafayeva da tamaşanın yaxşı hazırlandığını, təqdim edilən səhnələrin maraqlı olduğunu deyib. O, A.Rafiqoğlunun yüksək peşəkarlıqla insanları düşündürən məsələləri tamaşaçıya çatdırdığını bildirib.
A.Rafiqoğlu deyib: “Bu, mənim ikinci tamaşamdır. Çalışıram ki, cəmiyyətimizdə mövcud olan problemləri, onlara yanaşma tərzlərini tamaşaçıya fərqli dildə çatdırım. İlk tamaşam uğurlu olub. Ümid edirəm ki, bu dəfə də uğur qazanacağam”.
Gənc rejissor növbəti tamaşanın azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə təqdim edəcəyini bildirib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tbiliside_azerbaycanli_rejissorun_tamasasinin_teqdimati_olub-913090

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR