Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tikintidə bədbəxt hadisə: yaralı var

Tikintidə bədbəxt hadisə: yaralı var

Date: 21 December 2015 20:22

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncə şəhər sakini tikintidən yıxılıb.  36 yaşlı şəhər sakini Anar Məmmədov bu gün saat 19 radələrində ağır vəziyyətdə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlərin müdaxiləsi ilə xəstənin həyatını xilas etmək mümkün olub. Anar Məmmədova qapalı kəllə-beyin travması, ənsə nahiyəsinin müxtəlif çapılmış  yaraları diaqnozu qoyulub. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır stabil olduğu deyilir.

Milli.Az


Tags:  Tikintidə bədbəxt hadisə yaralı var

RƏYLƏR


Top news