Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mərkəzi Bankın 5 milyardı itirməsinin səbəbi (VİDEO)

Mərkəzi Bankın 5 milyardı itirməsinin səbəbi (VİDEO)

Date: 21 December 2015 20:36

Manatın dollar qarşısında 50% ucuzlaşması ölkədə müzakirə mövzusudur. Manatın sərbəst buraxılmasına sabiq maliyyə naziri Fikrət Yusifov da münasibət bildirib.

Keçmiş nazirin müsahibəsini təqdim edirik.

- Manatın üzən məzənnə sisteminə keçidi nə deməkdir?

- O deməkdir ki, bü günə qədər Mərkəzi Bank tərəfindən məzənnənin tənzimlənməsinə praktiki olaraq son qoyulur. Yəni manatın məzənnəsi bundan sonra bazara uyğun olaraq tənzimlənəcək. Mərkəzi Bank manatın məzənnəsini fevral ayında, yəni devalvasiyadan sonra 1 dollar 1 manata 5 qəpik həddində saxlamaq üçün özünün valyuta ehtiyatlarından kifayət qədər vəsait xərcləyib, bu kursu saxlayırdı. İndiki halda, yəni üzən məzənnəyə keçildiyi halda praktiki olaraq valyuta ehtiyatlarından istifadə edilməyəcək. Bu bir tərəfdən yaxşı haldır ki, biz bu ehtiyatları qoruyub saxlayacağıq.

Digər bir tərəfdən manatın üzən məzənnəyə keçməsini zəruri edən səbəb nədir? Biz ilk növbədə bu suala cavab tapaq. Dünyada mövcud iqtisadi və siyasi müstəvidə çox ciddi proseslər gedir. İl yarımdan artıq bir dövr ərzində dünya bazarında neftin qiyməti kəskin bir şəkildə aşağı düşməyə başlayıb. Son bir ili, yəni 2015-ci il götürək. Bu il uğurlu bir il olmasa da, fevralın 21-də baş verən devalvasiya, yəni manatın 31% ucuzlaşması və ondan sonra baş verən proseslər düşündürücüdür.

Sentyabr ayının sonu, oktyabr ayının əvvələrinə qədər ötən müddət ərzində neftin praktiki olaraq qiyməti sərbəst bir şəkildə 50-60 dollar arasında qalxıb enirdi. Rusiyanın Suriyaya təcavüzündən sonra neftin qiyməti hər gün aşağı düşür. Son iki aya yaxın bir müddət ərzində dünya bazarında neftin qiyməti 30 % aşağı düşüb. Hazırda nə mütəxəssislər, nə iqtisadçılar, nə də ekspertlər neftin qiymətlərində kəskin bir dəyişikliyin olacağını gözləmirdilər. Hər kəs gözləyirdi ki, qiymətlər 50-60 dollar həddində olacaq. Amma neftin qiyməti psixoloji həddi çox keçdi.

Niyə fevral ayında baş vermiş devalvasiyadan sonra Mərkəzi Bank gözlədi? Çünki fevralda MB-nin ehtiyatı 11 milyard manat idi, indi isə 6 milyard. Sizcə, MB 5 milyardı itirməyi niyə gözə aldı?

Müsahibəyə daha ətraflı aşağıdakı video materialda baxa bilərsiniz:


Tags:  Mərkəzi Bankın milyardı itirməsinin səbəbi VİDEO


RƏYLƏR


Top news