"Messi qol vuranda üzrxahlıq etdi"

"Messi qol vuranda üzrxahlıq etdi"
21:05 21 Dekabr 2015
53 İdman
Ölkə mətbuatı
A- A+

"River Plate" klubunun prezidenti Rodolfo D`Onofrio "Narita" hava limanında argentinalı azarkeşlərdən birinin Messiyə tüpürməsi və təhqir etməsini pisləyib. Goal.az xəbər verir ki, "D`Onofrio bunları deyib:

"Əgər bu insanları daha yumşaq təsvir etmək istəsək, deyə bilərik ki, həmişə bir axmaq tapılacaq. Həmin fanat həddini aşıb. Messi Argentina futbolunun ən yaxşı simasıdır, centlmendir. O qol vuranda üzrxahlıq işarəsi kimi əlini qaldırmışdı. Lionel "River"i nail olduğu uğura görə təbrik etdi. Mənə uşaqlığı haqqında danışdı və bir vaxtlar "River Plate"ə keçməyə yaxın olduğunu dedi. Biz Messi və Maskeranonu alqışlayırıq. Uduzmağı bacarmaq və rəqibin daha güclü olduğunu qəbul etmək lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR