Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin Fərmanı

21:08 21 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+

Su təsərrüfatı və meliorasiya sahəsində bir qrup şəxsə fəxri ad və Prezidentin fərdi təqaüdü verilib (03 İyun 2017 16:08)
"Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edildi (31 May 2017 15:32)
AFFA lisenziyaları payladı, mükafat verdi - FOTOLAR (26 May 2017 12:37)


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Lisenziyalaşdırma Qaydası” təsdiq edilsin (əlavə №1).
2. “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” təsdiq edilsin (əlavə №2).
3. “Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” təsdiq edilsin (əlavə №3).
4. “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı” təsdiq edilsin (əlavə №4).
5. Müəyyən edilsin ki:
5.1. bu Fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir;
5.2. bu Fərmanın 4 nömrəli əlavəsində göstərilən fəaliyyət növlərinə lisenziyaları Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq icra hakimiyyəti orqanları verirlər.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. lisenziyalaşdırma qaydasının dəyişməsi və bəzi fəaliyyət növləri üçün lisenziya alınması tələbinin ləğvi ilə əlaqədar, habelə lisenziya alınması tələbi ləğv edilən fəaliyyət növləri ilə məşğul olmaq üçün qanunlarda mövcud olan tələblərin yerinə yetirilməsi üzərində nəzarətin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının müvafiq qanunlarının təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. lisenziya verilməsi üçün tələb olunan şərtlərin (o cümlədən əlavə şərtlərin) sadələşdirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar müvafiq qanun layihələrini Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təklifləri əsasında iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.3. bu Fərmanın 2 nömrəli əlavəsinin 3-cü, 27-ci, 28-ci və 29-cu hissələrində göstərilən fəaliyyət növləri üzrə lisenziyalaşdırılan iş və xidmətlərin sayının azaldılması barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.4. radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyətin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq, lisenziya verən dövlət orqanları lisenziya sahiblərinin müraciətləri əsasında qüvvədə olan lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunmasını təmin etsinlər.
8. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi “Elektron lisenziya” portalının Əsasnaməsinin layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
10. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 555; 2003, № 3, maddə 153, № 10, maddə 570; 2005, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007, № 6, maddə 618, №8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008, № 8, maddə 718, № 9, maddə 799, № 11, maddə 969, № 12, maddə 1059; 2009, № 2, maddə 64, № 3, maddə 163, № 8, maddələr 619, 621, № 10, maddə 785, № 11, maddə 884; 2010, № 2, maddə 80, № 3, maddə 180, № 9, maddə 776, № 12, maddə 1061; 2011, № 2, maddə 85, № 4, maddə 288, № 6, maddə 491, № 8, maddə 752, № 10, maddə 896; 2012, № 11, maddə 1114, № 12, maddə 1241; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 7, maddə 810, № 9, maddə 107, № 10, maddə 1222; 2015, № 9, maddə 979), 8-ci hissəsi istisna olmaqla, ləğv edilsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2015-ci il.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hadisə yenə kökəldi - FOTO

28 İyun 2017 16:12

Kökəlmək istəmirsinizsə, bunlara əməl edin

28 İyun 2017 16:12

Azərbaycanlı SEPAH-çı qızının gözü önündə güllələndi

28 İyun 2017 16:05

İŞİD-dən qandonduran EDAM: İki uşaq əllərindəki silahlarla... – ŞOK VİDEO

28 İyun 2017 16:03

Ukraynanın erməni naziri: "Təsadüfi deyil ki, virus sözü "RUS"la bitir"

28 İyun 2017 15:57

Sumqayıtda narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

28 İyun 2017 15:57

Məşhur aparıcılar niyə boşandı?

28 İyun 2017 15:56

Elxan Poluxov etimadnaməsini Braziliya prezidentinə təqdim etdi

28 İyun 2017 15:53

Gəncədə meyit tapıldı

28 İyun 2017 15:52

İsveçrədə muğam axşamı keçirilib (FOTO)

28 İyun 2017 15:50

Qısqanc ər arvadının sevgilisini "İdeal ər" tamaşasında döydü

28 İyun 2017 15:49

Ərdoğan Almaniyanı əsir aldı: MİT-in GİZLİ ƏMƏLİYYATI

28 İyun 2017 15:48

Çin klubu daha bir ulduzun başını gicəlləndirdi

28 İyun 2017 15:47

Nişan qaytaran aktrisa yeni sevgilisi ilə

28 İyun 2017 15:42

DİQQƏT: Yadplanetlilər qızları qaçırır, HAMİLƏ edirlər

28 İyun 2017 15:41

"ABŞ Avropada hərbi mövcudluğunu genişləndirib"

28 İyun 2017 15:37

Dilənçinin üstündən çıxanlar hər kəsi ŞOK ETDİ - VİDEO

28 İyun 2017 15:33

Çin ilk kreyserini suya buraxıb

28 İyun 2017 15:29

Körpəsini bişirib plovla anaya yedirtdilər

28 İyun 2017 15:28

Azərbaycanlı avtoriteti döydürən “oğru”lar ələ keçdi - ƏMƏLİYYAT

28 İyun 2017 15:19

Azərbaycandan xaricə turlar bahalaşıb

28 İyun 2017 15:17

“Artıq bezmişəm, uşaq istəyirəm”

28 İyun 2017 15:17

Türkiyə daha bir şəhid verdi

28 İyun 2017 15:12

"Səbail" 3 oyun üçün 2 rəqib tapdı

28 İyun 2017 15:07

Sağlamlığa faydalı sobada kartof

28 İyun 2017 15:07

Sarkisyan Azərbaycanın aldığı “Tank qatili”ndən qorxduqlarını ETİRAF ETDİ

28 İyun 2017 15:03

"Sarkisyan öz ordularındakı ölüm hadisələri ilə məşğul olsun" - NAZİRLİKDƏN CAVAB

28 İyun 2017 14:59

Sumqayıtda siqaretə görə cinayət törətmiş şəxsin cəzası azaldılıb

28 İyun 2017 14:57

Ebru Gündeş 15 min svarovski daşla işlənmiş libas geyindi

28 İyun 2017 14:53

Lüksemburqda “Azərbaycan - tolerantlıq diyarı” adlı sərginin açılışı olub

28 İyun 2017 14:52

DƏHŞƏT: İŞİD-in qan donduran edam üsulu...

28 İyun 2017 14:49

"Qəbələ" Zalsburqda bir araya gəldi

28 İyun 2017 14:47

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

28 İyun 2017 14:43

"Formula 1" çempionu Bakıda nasaz "Jiquli"ni təmir etmək istədi

28 İyun 2017 14:42

Bakının bir hücumla Qarabağı azad etmək PLANI – Düşməni titrədən SİLAH – VİDEO/FOTO

28 İyun 2017 14:38

"Qəbələ" Hallideyə görə pul ödəyəcəkmi? - TƏFƏRRÜAT

28 İyun 2017 14:37

“Elza Seyidcahanın şeirlərini oxumuram”

28 İyun 2017 14:36

Müdafiə Nazirliyindən düşmənə sərt

28 İyun 2017 14:32

Bakıda 37 yaşlı şəxs qonşusu tərəfindən bıçaqlanıb

28 İyun 2017 14:27

Hacıqabulda ağır yol qəzası

28 İyun 2017 14:23

Müdafiə Nazirliyindən erməni nazirin itkilərlə bağlı açıqlamasına MÜNASİBƏT

28 İyun 2017 14:22

CİA-nın keçmiş casusu Trampın “Putinin adamı” olmasının SİRRİNİ AÇDI - VİDEO

28 İyun 2017 14:18

MN: Ermənistanın Azərbaycana ağır zərbə vurmasına nə hərbi, nə iqtisadi, nə də digər amillər imkan verir

28 İyun 2017 14:17

ABŞ 2020-ci ilə LNG bazarında xalis ixracatçı olmaq niyyətindədir

28 İyun 2017 14:17

"Arzum xalq artisti olmaqdır" - 12 il səhnədə olub konsert verməyən Elvin - VİDEO - FOTO

28 İyun 2017 14:17

MN: Azərbaycan Ordusunun ən müasir döyüş texnikası işğalçının istənilən təhdidinin qarşısını almağa qadirdir

28 İyun 2017 14:15

Rüsvayçılıq: 13 yaşlı oğlana tamah salan 44 yaşlı kişi tutuldu - VİDEO - FOTO

28 İyun 2017 14:12

Qəbizlikdən xilas edən, ürəyi qoruyan MEYVƏ

28 İyun 2017 14:08

Bakıda Belarusun “Krasnıy pişevik" şirkətinin ilk ünvanı açılıb (FOTO)

28 İyun 2017 14:08

Radik İsayev yarımfinala yüksələ bilmədi

28 İyun 2017 14:05