Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əgər ABŞ terrora qarşı ciddi mübarizə aparsa idi...

Əgər ABŞ terrora qarşı ciddi mübarizə aparsa idi...

Date: 21 December 2015 21:17

Herman Vukun İkinci Dünya Müharibəsinə həsr olunmuş "Kaynada qiyam" adlı klassik romanında böhran olduğu təqdirdə bürokratiyanın tipik hadisələrinə dair "qədim kəlamı" misal olaraq çəkilir:

"Tərəddüd və ya müsibətə məruz qalsan, ətrafından qaç, vahiməyə düş və qışqır".

Bu sözlər ABŞ-ın terrorizmə qarşı həyata keçirdiyi tədbirləri tam şəkildə əks etdirir. Amerika elektoratının əhəmiyyətli hissəsinin uçuruma düşməyə hazır olmasını anlamaq üçün Böyük köhnə partiyadan namizədlərin vahiməli, dar düşüncəli və məsuliyyətsiz çıxışlarına qulaq asmaq, o cümlədən son sorğuların nəticələrinə nəzər salmaq kifayətdir.

Məşhur yazar və politoloq Stiven Uolt "The Foreign Policy"də dərc etdirdiyi "İŞİD-ə qarşı Amerika müharibəsinin çəkilməz rahatlılığı" ("The Unbearable Lightness of America's War Against the Islamic State") yazısında bildirir ki, terror barəsində aparılan danışıqların qeyri-bərabər xarakter daşıması Amerikanın sözügedən məsələnin həllinə son dərəcədə ciddi yanaşmadığını göstərir. 
Bir məqamı vurğulamaq istərdim: nəzərə alsaq ki, bu problemin həllinə milyardlarla dollar tökülüb və "terrorizmə qarşı qlobal müharibə" (yaxud siz "sərt ekstremizmə qarşı kampaniya" ifadəsini üstün tutursunuz?) əsnasında yüzlərlərlə (amerikalılar və xaricilər) insan həlak olub, o zaman bu müzakirə qəribə səslənir. Biz terrordan müdafiə etməyə səy göstərən insan ordusunu, müdaxilə etdiyimiz ölkələri, pilotsuz təyyarələrdən endirdiyimiz zərbələri və məqsədyönlü şəkildə yetirdiyimiz qətlləri xatırlasaq bu müzakirələr daha qəribə səslənəcək.

Əlbəttə ki, bütün bunlar Vaşinqtonun məsələni aktiv şəkildə həll etdiyini və "Əl-Qaidə", İŞİD və s. kimi sərt radikallara qarşı təhlükə ilə mübarizə apardığını göstərir.

Kaş ki. İlk öncə bir fikirləşin, bu qədər tədbir görərək və ya xərclər çəkərək Amerika nə əldə etdi? ABŞ-ın böyük terrora qarşı sahəsi yaranıb, kəşfiyyata yetərincə vəsait ayrılır, dövlət tərəfindən təqib edilmə daha fəal həyata keçirilir. Lakin terrora qarşı müharibə planları və sxemləri çox az dəyişilib. Belə ki, milli təhlükəsizlik qurumu hesab edir ki, ekstremist qruplaşmalarını məhv etməyin əsas vasitəsi Amerikanın hərbi müdaxiləsidir, lakin bunun nəticəsində belə bir labüd tərəddüd yaranır: bu cür hərbi müdaxilənin əsnasında daha çox yer idarəetmə nəzarətindən çıxır, İŞİD kimi qruplaşmalar isə daha çox yeni üzvləri asanlıqla cəlb edirlər. New York Times-a istinadən, İŞİD və ona bənzər qüvvələrə qarşı hərbi kampaniyaları daha effektiv həyata keçirmək üçün Pentaqon ərəb və islam dünyası, eləcə də onun ətrafında yeni hərbi bazaların yaradılmasına cəhd edir.

Üzr istəyirəm, amma 1990-cı illərdən bəri hər dəfə daha çox enerji və güc sərf edərək ABŞ yalnız bu ilə məşğul deyildimi?

Lakin 2001-ci illə müqayisədə hazırda "Əl-Qaidə"nin dünyada bölmələri daha çoxdur, İŞİD-ə bənzər təşkilatlar isə ümumiyyətlə, o zamanlar mövcud deyildi. Bu məsələyə yanaşma yanlışdır və ya problemləri həll etmək yerinə, onları yenidənmi yaradır? Bəs, terrorizmə qarşı müharibəyə ciddi yanaşma necə olmalıdır?

Əgər ABŞ terrora qarşı müharibəyə ciddi yanaşsaydı, o zaman o ilk öncə təhlükənin səviyyəsini müəyyən edərdi, daha sonra isə Amerika xalqına öz qiymətləndirmələri barədə məlumat verərdi.

Aparılan bir çox elmi tətqiqatlar nəticəsində müəyyən olundu ki, əslində, orta statistik amerikalı üçün terror təhlükəsinin səviyyəsi çox aşağıdır. Con Müller və Mark Stüart "Xəyalətləri təqib edərkən" adlı yeni kitablarında qeyd edirlər ki, amerikalıların terrorist tərəfindən öldürülmə şansları dörd milyondan birə bərabərdir. Gündəlik həyatımızda üzləşdiyimiz digər, daha bayağı təhlükələrlə müqayisədə bu kimi risk səviyyəsi cəfəngiyyatdır. Lakin məntiq və faktları istifadə etmək və Amerika xalqını təskinləşdirmək yerinə, hər iki partiyanın liderləri 11 sentyabrdan sonra terrorizm qarşısında irrasional qorxunu daha da yüksəldirlər, bu isə bir çox istiqamətlər üzrə əks-səmərəli siyasəti işə salır. Bir çox həmkarlarından fərqli olaraq, daha mülayim nəzərləri olan prezident Barak Obama da bazar günü oval kabinetdə səsləndirdiyi nitqində cəmiyyəti problemin həll edilməsinə dair çox zəif şəkildə təsəlli etdi.

Amerikalılara yalnız prezidentin nitqi lazım deyil, əsas istək vətəndaşlara onların, həqiqətən də, təhlükəsizliyinin təmin edildiyini xatırlatmalı olan yüksəkrütbəli amerikalı rəhbərlərinin davamlı və hərtərəfli səyləri göstərməsidir. Tez-tez eşidirik ki, qorxu xüsusiyyətinə görə irrasionaldır və bu kimi kampaniyanın aparılması heç bir nəticə verməyəcək. Lakin əgər cəhd edilməsə, bundan necə əmin ola bilərik? Risk səviyyəsi barədə əsl həqiqəti söyləməkdənsə, prezidentlər və digər məmurlar təhrikçi və çaxnaşma salanlara fürsət verirlər, bu isə cəmiyyətin, həqiqətən, baş verən hadisələrə dair həddindən artıq sərt reaksiya verməsilə nəticələnir.

Bəs, nəyə görə biz terror təhlükələrinin təhlilinə dair ciddi və davamlı səyləri müşahidə etmirik?

Cavab qismən də olsa təhlükənin böyüdülməsində maraqlı olan insanlar və idarələrin ictimai müzakirələrdə fəal olmasından asılı olacaq. Siz, doğurdan da, düşünürsünüz ki, Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi, Federal Tədqiqatlar bürosu və terrora qarşı bir çox yaxşı məvacibli ekspertlər büdcələrini, bürokratik nüfuzlarını, müstəqilliliklərini və qabaqcıl mövqelərini təhlükə altına alaraq sözügedən risklərə dair təsəlliedici çıxışlar edəcəklər? Mövcud təhlükəyə qeyri-ciddi şəkildə yanaşdığımız müddətdə, siyasətimiz müvəffəqiyyətsizliyə qapılacaq, ölkə isə sağlam dərrakədən deyil, qorxudan irəli gələrək hərəkət edəcək.

Əgər ABŞ terrorizmə qarşı ciddi şəkildə mübarizə aparsa idi, o zaman Vaşinqton bu terrorizmi necə yaratmağına dair müzakirələr daha ədalətli və şəffaf keçirilərdi. Amerikanın bəzi xarici və müdafiə siyasətinin anti-Amerika esktremizmini təhrik etməsinə dair düşünməmək istəyi hələ 11 sentyabr hadisələrinin istintaq komissiyası fəaliyyət göstərdiyi zaman yaranmışdı. Bu komissiyanın tərkibində çalışan görkəmli tarixçi Ernest Mey qeyd edir ki: "Hesabatda ABŞ-ın siyasət və tədbirlərinin 11 sentyabrda üzə çıxan bu qədər kin və qəzəbi təhrik etməsinə dair sual tam olaraq işıqlandırılmayıb... Hesabatda əgər Amerika İsraillə əməkdaşlıq etməsəydi, Səudiyyə Ərəbistan, Misir və ya Pakistanın oxşar rejimlərini dəstəkləməsəydi və müsəlmanların öz müqəddəs yerlərinə daha çox diqqət ayırsaydı, Ümumdünya Ticarət Mərkəzi, Pentaqon və Kapitoliyaya zərəbələr endirilməzdi" fikrinə dair planların olmaması ehtimalı barəsində alternativ dəlillər çox zəif təhlil olunub.

Hazırda belə ekstremist zorakılığın bacarıqsız insanların həyatın məna və mahiyyətini anlamadıqları üçün ümidsizliyə qapıldıqlarına görə yaranmasına dair əminlik var. Yaşadıqları cəmiyyətdən təcrid olan insanlar bəzən kütləvi zorakılığa cəhd edirlər. Bu hal Amerikanın xarici siyasətinin burada heç bir əlaqəsi olmadığını sübut etmir. ABŞ son üç onillik ərzində yüzlərlə müsəlmanların qətlə yetirilməsinə birbaşa cavabdehdirlər. Müsəlmanlar tərəfindən öldürülən amerikalıların sayı isə qat-qat azdır.

Əlbəttə, bu, günahsız insanların kütləvi öldürülməsinə bəraət qazandırmır və heç bir halda İŞİD kimi qruplaşmaların fəaliyyətini dəstəkləməyə zəmin yaratmamalıdır. Bu, eyni zamanda yalnız ABŞ-ın siyasətinin qəbahətli olduğunu da təsdiqləmir. Fikrimcə, bu məsələni ciddi şəkildə həll etməyimiz üçün, biz ilk öncə onu, mənşəyi və ilkin səbəblərini anlamalıyıq. Əgər Vaşinqton problemin bünövrəsində dayanan səbəblərə diqqət yetirməsə, qarşısını almağa cəhd göstərilən tədbirləri təhrik edən siyasət bundan sonra da davam edəcək.

Əgər ABŞ terrora qarşı ciddi mübarizə aparsa idi, o zaman biz bu gün kütləvi informasiya vasitələrinin rolu barəsində ciddi müzakirələr aparardıq. Əminəm ki, Fox News və ya CNN kimi təşkilatlar "Əl-Qaidə" və ya "islam dövlətinə" kömək etmək niyyətində deyillər, lakin məhz onlar bunu edir. Hər dəfə terror aktı baş verdikdə, telekanallar və radiostansiyalar dərhal təşvişə salan reportajlar təqdim edir; burada əsas məqsəd insanları qorxutmaq və onların diqqətlərini ekranlara və radioya kökləməkdir. (Müasir KİV-in xüsusiyyəti məhz budur. Güclü tufan və ya fırtına baş verdikdə hava kanalı da eynisini edir.) Bu cür xəbərlər İŞİD kimi qruplaşmalara məlumat ötürür, onlar üçün tam təmənnasız reklam yaradır, təhlükədə olmayan insanları inandırırlar ki, onlar bundan çox qorxmalıdırlar. Və buna görə də İŞİD kimi nisbətən zəif hərəkatlar artıq cəmiyyətə daxil olaraq hər birimiz üçün böyük təhlükə törədən bir müsibətə çevrilir. Açıq söyləsək, sanki, media onlara köməyi müəyyən məvacib qarşılığında edir. Mən dövlət tərəfindən senzura qoyulmasının tərəfdarı deyiləm və düşünmürəm ki, bu məsələlər üzrə məlumat qıtlığı Amerika xalqı üçün xeyirlidir. Lakin biz bu cür insidentlərin daha məsuliyyətli işıqlandırılması üçün ümummilli müzakirələr aparmalıyıq. Başlanğıc üçün Obama iri informasiya agentliklərinin rəhbərlərini Ağ evə dəvət edərək, onlarla Parisdə və ya San-Bernardinoda baş vermiş terror aktlarına bənzər hadisələri necə işıqlandırmalarına dair "davranış kodeksini" müzakirə edə bilərdi.

Mediada izləyən ictimai təşkilatlar onları fəlakətləri yüksək təşvişlə reklam edərkən və ya bütün efir vaxtını bu təhlükənin böyüdülməsində maraqlı olan şərhçilərə ötürərkən izahata cəlb etməyə daha çox səy göstərməlidir. Eləcə də, vəzifəli şəxslər tərəddüdsüz xəbər təşkilatlarından daha ayıq və dəqiq yanaşmanı tələb etməlidirlər və məsuliyyətsiz davranan şəxslərin adlarını öz yüksək tribunalarından çəkməlidirlər.

Təsəvvür edin, İŞİD-in səylərinin qəzetin 17-ci səhifəsində qısa xəbərlərdə və ya 30 saniyəlik efir vaxtında xəbərlərdə yer alması onu necə məyus edərdi. Əgər terrorçular terror aktı törətsə və heç kim buna diqqət yetirməsə, onların bütün strategiyası fiaskoya uğrayardı. Əgər ABŞ terrora qarşı ciddi mübarizə aparsa idi, o zaman biz mübarizə apardığımız təşkilatların nüfuzdan salınması, təcrid olunması, rişxənd edilməsinə dair daha yaradıcı səylərin göstərilməsinin şahidi olardıq.

İŞİD sosial şəbəkələrdə daha təkmilləşdirilmiş sistemə sahibdir - əsas məqsədi yeni üzvləri cəlb etmək və onları möhtəşəm, uzaqgörən, məqsədyönlü hərəkata qoşulacaqlarını və bunun dünyanı dəyişdirəcəyinə inandırmaqdır.

Belə təbliğatla mübarizə aparmağın bir çox yolları mövcuddur, lakin biz yumor və istehzaların rolunu cılızlaşdırmamalıyıq. Ekstremist təşkilatları nüfuzdan salmaq üçün istifadə oluna biləcək vasitələrdən biri -onların nə dərəcədə gülünc və mənasız olduqlarını göstərmək və onların cərgələrinə qoşulmağın düşüncəsiz bir addım olduğunu nümayiş etdirməkdir. İŞİD-in nə dərəcədə sərt, hiyləgər, fanatik, təhlükəli və məqsədyönlü bir təşkilat olduğunu göstərməkdənsə biz onun nadanlığını, geriliyini, bacarıqsızlığını, yanlışlığını və cəfəng olmasını sübut etmək üçün ən azından bir o qədər də vaxt və güc sərf etməliyik.

Əlbəttə, öz məqsədinə çatmaq üçün insanların başını kəsən, qadınları zorlayan və terror aktı törədən qruplaşmada ağılsız heç nə yoxdur və məhz buna görə də onun gülünc vəziyyətinə qoymaq cəhdləri məntiqlə həyata keçirilməlidir. Eyni zamanda, Hollivud və medianın fanatik müsəlmanları ələ salmaqları təhlükəlidir, çünki bu onlara mənəvi cəhətdən pis təsir edə bilər.

Ümumilikdə satira və yumor güclü silahdır və biz bu silahı bu təşkilatların sayını azaltmaq, onların şüarlarını nüfuzdan salmaq və xalqın ruh yüksəkliyini qaldırmaq üçün terrora qarşı arsenalımıza daxil etməliyik. Nəzərinizə çatdırırıq ki, Birləşmiş Ştatlar bunu keçmişdə hazırkı ekstremist təşkilatlardan da pis təşkilatlara qarşı həyata keçirirdik. Məsələn, İkinci Dünya Müharibəsi ərəfəsində Çarli Çaplinin iştirakı ilə Adolf Hitler kimi faşıst liderlərinin istehza olunduğu "Böyük diktator" adlı film nümayiş olundu. Hərbi ritorikanın əvəzinə filmdə satira və komediyadan istifadə olunur. Kloun obrazında göstərilən Hitler və nasistlərin də yer aldığı komiks və cizgi filmlərin istehsalına Hollivud da qoşuldu.

Əgər ABŞ terrora qarşı ciddi mübarizə aparsa idi, o zaman yalnız problem törədən və onların həlli uğrunda çalışmayan Amerikanın "müttəfiq"lərinə daha sərt yanaşardı.

Bu halda Amerika höküməti İranla nüvə sazişini imzaladıqdan sonra Səudiyyə Ərəbistanını sakitləşdirməkdənsə, vəhabiliyi təşviq edən ərəblərin rolu barəsində xoşagəlməz müzakirlərə aparmalıydı. Bu müharibəyə ciddi yanaşılsaydı, Vaşinqton, həmçinin İsrail dövlətinə onun fələstinlilərə olan münasibətinin amerikalıların milli təhlükəsizlik məsələsi olduğunu açıq bildirərdi. Bu ölkə ilə "xüsusi münasibətlərin" saxlanılmasına önəm vermək yerinə Birləşmiş Ştatlar boş vədlər verməz, münasibətərin Fələstin dövlətinin yaradılmasından asılı olacağını qeyd edərdi.
Başa düşürəm ki, bunlar yalnız xəyallardır, lakin bu qədər ciddi tədbirlərdən imtina etmək ABŞ-ın siyasətinin nə dərəcədə qeyri-ciddi olduğunu göstərir.

Əslində, terror digər təhlükələrlə müqayisədə Amerikanın təhlükəsizliyi və rifahı üçün o qədər də ciddi təhlükə deyil. Müəyyən mənada amerikalılar bunu bilir. Ölkədə hucüm baş verəndə onlar qorxurlar, təşvişə düşürlər, lakin onlara narahatlıq törədə bilən və ya hansısa maraqlarından imtina etməyə məcbur qoyacaq tədbirlərin dövlət tərəfindən görülməsini istəmirlər. Onlar ABŞ-ın Yaxın Şərqə dair siyasətində ciddi dəyişikliklərin aparılmasını istəmirlər (çünki bu kimi siyasət və terror arasında fərq nəzərə çarpan dərəcədə deyil). Onlar daha çox vergi ödəmək, silahlarını qeydiyyatdan keçirmək, bir çox təhlükəsizlik yoxlanışlarından keçmək istəmirlər.

Bütün bunlar dəfələrlə qeyd etdiyim mövzunun vacibliyini vurğulayır. 
ABŞ-ın bəxti gətirib. 
O, yetərincə zəngin ölkədir və kiçik problemlərin həllinə küllü miqdarda pul qoya bilər. O, yetərincə yaxşı mühafizə olunub və buna görə də bütün dünyaya müdaxilə edə bilər, öz evində zəif, amma bir o qədər də uzunmüddətli olmayan mənfi reaksiya ilə üzləşsə belə.
Həqiqətən də, ABŞ o qədər zəngindir ki, özünə vacib məsələrə dair ölkəsini daima rüsvay edən siyası sinifi təmin edə bilər. Bu cür müvəffəqiyyətlə ABŞ eyni ağılsızlığı bir neçə dəfə edə bilər. Bu, Vaşinqtonun müasir terrora verdiyi "yetərincə ədalətli və dəqiq" dəyərləndirmədir.

Orxan Hun
Milli.Az


Tags:  Əgər ABŞ terrora qarşı ciddi mübarizə aparsa idi

RƏYLƏR


Top news