Macarıstanda "Şuşa" tematik təqvimi buraxıldı

Macarıstanda "Şuşa" tematik təqvimi buraxıldı
21:21 21 Dekabr 2015
26 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Macarıstanda 2016-cı il üçün “Şuşa” tematik təqvimi təqdim olunub.

Axam.az-ın Report-a istinadən məlumatına görə, təqvimdə Şuşanın erməni işğalından əvvəlki və işğaldan sonrakı dövrünü əks etdirən fotoşəkillərdən istifadə olunub.

Nəşrin ideya müəllifi və buraxılışına məsul olan səfir Vilayət Quliyev təqvimə şəhərin Azərbaycan tarixindəki yeri və erməni işğalı nəticəsində məruz qaldığı ağır itkilər barəsində qısa məlumat da daxil edib.
 
“Şuşa” təqvimi Budapeştdə akkreditə olunan diplomatik korpus, beynəlxalq təşkilatlar, dövlət idarə və müəssisələri, ali məktəblər, mətbuat nümayəndəlikləri arasında yayılıb.

Nəşrin bir hissəsi isə 2013-cü ildə Şuşa ilə qardaşlaşmış macar şəhəri Döndöşə göndərilib.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42899

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR