Yol polisi sürücülərə xəbərdarlıq etdi - VİDEO

Yol polisi sürücülərə xəbərdarlıq etdi - VİDEO
21:22 21 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Toy karvanında gedən sürücülər diqqətli olun. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, toy karvanında qaydaları pozan sürücülərə qarşi cəzalar sərtləşdirilir. Nəzarəti gücləndirmək məqsədi ilə hətta paytaxtın bütün yollarında toy karvanları təhlükəsiz şəhər kameraları ilə izlənəcək.

Onların bu dırnağarası əyləncəsi digər sürücülərlə yanaşı piyadaların da həyatını təhlükəyə atır.

Sürücülərin haqlı narazılığını nəzərə alan yol polisi toy karvanında olan sürücülərə qarşı nəzarət gücləndirəcək. Hətta yol polisi onlara sərt xəbərdarlıq da etdi.

Kamera vasitəsi ilə toy karvanında qayda pozduğu aşkar edilən sürücülər müəyyən edilmiş qaydaya uyğun cərimələnəcəklər.

Bəzən toy karvanında avtomobillərin sayı 15-20 olduğunda yollarda süni tıxacda yaranır. Yol polisi toy karvanında avtomobil sayının çox olmasının da yolverilməz olduğunu deyir.

Bu arada yol polisi sıxlığın qarşısının alınması məqsədi ilə şadlıq saraylarının qarşısında avtomobili düzgün park etməyən sürücülərə qarşı da reydlər keçirir. Təkcə ötən gün paytaxda 27 saşdlıq evinin qarşısında 140-dan çox sürücüyə avtomobili düzgün park etmədiyinə görə protokol tərtib edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR