Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident ən yaxşı 50 ümumi təhsil müəssisəsini və 100 ən yaxşı müəllimi mükafatlandırıb

Date: 21 December 2015 21:23


Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazanmış ümumi təhsil müəssisələrinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən respublikanın şəhər və rayonlarının 50 ümumi təhsil müəssisəsinin hər birinə 10 min manat məbləğində birdəfəlik pul mükafatı ayrılıb.
Prezidentin digər Sərəncamı ilə 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazanan 100 müəllim də mükafatlandırılıb. Onların hər biri üçün ayrılan mükafatın məbləği 5 min manatdır.

Tags:  Prezident 50 ümumi təhsil müəssisəsini 100 müəllimi mükafatlandırıb


RƏYLƏR


Top news