Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan cüdoçusu “Sportinq”ə bürünc medal qazandırıb

Azərbaycan cüdoçusu “Sportinq”ə bürünc medal qazandırıb

Avropa çempionatı: (28 Mart 2017 22:22)
Güləşçilərimiz Avropa çempionatının ilk günündə 2 medal qazanıb (28 Mart 2017 21:42)
Azərbaycanlı atlet Avropa rekordu vurdu (24 Mart 2017 13:53)

Tarix: 21 Dekabr 2015 21:23


Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan cüdoçusu Rüstəm Orucov Portuqaliyanın “Sportinq” klubunun heyətində Vyanada keçirilən Qızıl liqanın bürünc mükafatçısı olub. Azərbaycan Cüdo Federasıyasından AZƏRTAC-a bildiriblər ki, Avropanın ən güclü klublarını bir araya gətirən komanda turnirində “Sportinq” klubu əvvəlcə “Dinamo-Alanye” üzərində qələbə qazanıb (4: 1), lakin gərgin mübarizə şəraitində keçən yarımfinalda turnirin qaliblərinə - “Fifhter Tbilisi” klubuna 2:3 hesabı ilə uduzub.
Portuqaliya komandası bürünc medal qazanmaq şansından istifadə edərək, kiçik finalda 4: 1 hesabı ilə ev sahiblərinə - “Galaxy Tigers Vienna” klubuna qalib gəlib.
Beləliklə, R.Orucov mövsümü major not ilə başa çatdırıb və bu il şəxsi mükafatlarına “Sportinq”in heyətində qazandığı bürünc medalı əlavə edib.

Teqlər:  Azərbaycan cüdoçusu Sportinqə bürünc medal qazandırıb



RƏYLƏR


Top xəbərlər