Prezident İlham Əliyev lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında fərman imzaladı

Prezident İlham Əliyev lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında fərman imzaladı
21:37 21 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Lisenziyalaşdırma Qaydası" təsdiq edilsin (əlavə №1).

2. "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri" təsdiq edilsin (əlavə №2).

3. "Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri" təsdiq edilsin (əlavə №3).

4. "Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı" təsdiq edilsin (əlavə №4).

5. Müəyyən edilsin ki:

5.1. bu Fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir;

5.2. bu Fərmanın 4 nömrəli əlavəsində göstərilən fəaliyyət növlərinə lisenziyaları Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq icra hakimiyyəti orqanları verirlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. lisenziyalaşdırma qaydasının dəyişməsi və bəzi fəaliyyət növləri üçün lisenziya alınması tələbinin ləğvi ilə əlaqədar, habelə lisenziya alınması tələbi ləğv edilən fəaliyyət növləri ilə məşğul olmaq üçün qanunlarda mövcud olan tələblərin yerinə yetirilməsi üzərində nəzarətin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının müvafiq qanunlarının təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. lisenziya verilməsi üçün tələb olunan şərtlərin (o cümlədən əlavə şərtlərin) sadələşdirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar müvafiq qanun layihələrini Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təklifləri əsasında iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.3. bu Fərmanın 2 nömrəli əlavəsinin 3-cü, 27-ci, 28-ci və 29-cu hissələrində göstərilən fəaliyyət növləri üzrə lisenziyalaşdırılan iş və xidmətlərin sayının azaldılması barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.4. radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyətin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq, lisenziya verən dövlət orqanları lisenziya sahiblərinin müraciətləri əsasında qüvvədə olan lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunmasını təmin etsinlər.

8. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi "Elektron lisenziya" portalının Əsasnaməsinin layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

10. "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 555; 2003, № 3, maddə 153, № 10, maddə 570; 2005, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007, № 6, maddə 618, №8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008, № 8, maddə 718, № 9, maddə 799, № 11, maddə 969, № 12, maddə 1059; 2009, № 2, maddə 64, № 3, maddə 163, № 8, maddələr 619, 621, № 10, maddə 785, № 11, maddə 884; 2010, № 2, maddə 80, № 3, maddə 180, № 9, maddə 776, № 12, maddə 1061; 2011, № 2, maddə 85, № 4, maddə 288, № 6, maddə 491, № 8, maddə 752, № 10, maddə 896; 2012, № 11, maddə 1114, № 12, maddə 1241; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 7, maddə 810, № 9, maddə 107, № 10, maddə 1222; 2015, № 9, maddə 979), 8-ci hissəsi istisna olmaqla, ləğv edilsin".

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Qəbələdə ər arvadının boğazını kəsdi - FOTO/VİDEO

31 Mart 2017 00:43

Mart soyqırımından 99 il ötür

31 Mart 2017 00:27

Astroloji proqnoz - 31 mart

31 Mart 2017 00:18

Məşhur klubun adı rəsmən dəyişdi - FCSB

31 Mart 2017 00:17

Kamal Abdullanın əsəri gürcü dilində işıq üzü gördü

31 Mart 2017 00:14

"Qalatasaray" ulduz futbolçuya sərvət təklif etdi

31 Mart 2017 00:07

Elon Musk-dan 6 qızıl qayda

31 Mart 2017 00:05

Türkyədə qasırğa XƏBƏRDARLIĞI

31 Mart 2017 00:05

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart 2017 00:05

"Hindistandan Avropaya yükləri 7 günə daşımaq olar" - Cavid Qurbanov - FOTO

31 Mart 2017 00:05

Günün qoroskopu: problemlərin öhdəsindən gələ biləcəksiniz

31 Mart 2017 00:05

Bakıda 17 yaşlı qız özünü binadan yerə atdı

30 Mart 2017 23:57

Cənubi Koreyanın sabiq prezidenti saxlanılıb

30 Mart 2017 23:56

Dünyanın ən bahalı tualetləri - FOTOLAR

30 Mart 2017 23:53

Tənəffüs yolunu 3 addımla təmizləyin

30 Mart 2017 23:52

Bu surəni oxuyan üçün mələklər istiğfar edərlər

30 Mart 2017 23:47

Hafizəni İslam təbabəti ilə necə gücləndirək?

30 Mart 2017 23:42

Ailə cinayətinin arxasından “cin” çıxdı - FOTO

30 Mart 2017 23:37

Portağal xərçəngə qarşı dərmanlardan 10 qat daha təsirlidir

30 Mart 2017 23:37

Qadınların çadra geyməsinə icazə verilməyəcək -

30 Mart 2017 23:36

"Bakıda gəzmək daha təhlükəsizdir, nəinki..."

30 Mart 2017 23:32

Elza Seyidcahandan Fikrət Qocaya cavab: "Allah bizə səbr versin"

30 Mart 2017 23:32

Məşhur duanın mötəbər mənbəyi varmı?

30 Mart 2017 23:32

“Qarabağ” “Neftçi”nin yubileyini korladı - VİDEO

30 Mart 2017 23:28

Məşhur türk aktyorları nəyə yatırım edirlər? - FOTO

30 Mart 2017 23:27

Uşağınızda bu əlamətlər varsa... – DİQQƏT, YENİ VİRUS

30 Mart 2017 23:27

Dünyanın ən bahalı telefonları - FOTO

30 Mart 2017 23:22

Təbiətin canlanmasından ala biləcəyimiz 3 dərs

30 Mart 2017 23:22

Azərbaycan millisi növbəti dəfə Moldovaya gücünü göstərdi

30 Mart 2017 23:22

Qəbələdə kişi arvadını öldürdü

30 Mart 2017 23:19

Mənəvi təkamülə nail olmaq üçün ən səmərəli yol hansıdır?

30 Mart 2017 23:17

Cənubi Koreyanın sabiq prezidenti saxlanıldı

30 Mart 2017 23:13

Spiralvari bina - FOTO

30 Mart 2017 23:12

Qafqazda ən çox abort hansı ölkədə qeydə alınır? - STATİSTİKA

30 Mart 2017 23:12

Kar, kor və lal olanların qəlb əhlindən fərqi

30 Mart 2017 23:12

"Qarabağ" Volkan Dəmirələ təklif göndərməyib" - Qurban Qurbanov

30 Mart 2017 23:05

“Kimlə rəqib olmağın fərqi yoxdu” – Filip Ozobiç

30 Mart 2017 23:05

“Oğlumun toyuna çağırmadığım üçün məni öldürmək istədi” -

30 Mart 2017 23:05

Kətan toxumunun faydaları saymaqla bitmir

30 Mart 2017 23:05

Millimiz Moldovanı yenə məğlub etdi

30 Mart 2017 23:05

“Neftçi”nin yubileyi QARA(BAĞ) gəldi

30 Mart 2017 22:57

Qəhvə qadınlarda depressiya riskini azaldır

30 Mart 2017 22:57

Azərbaycanlı polkovnik erməni generalına “taktika dərsi” keçdi

30 Mart 2017 22:56

Tələbələr arasında radikalizmə qarşı seminar keçirildi

30 Mart 2017 22:54

Koreyanın sabiq prezidenti həbs olundu

30 Mart 2017 22:52

Hörümçək zəhəri iflic müalicəsində istifadə edilə bilər

30 Mart 2017 22:52

"Əgər ora zərbə endirilərsə, Ermənistan hansı faciələri yaşayacaq?" - polkovnik Şair Ramaldanov

30 Mart 2017 22:52

Sabiq prezident tutuldu

30 Mart 2017 22:49

Trampdan TƏHDİD: “Kreslolarınızı əlinizdən alacağam”

30 Mart 2017 22:48

Mübarək Rəcəb ayı haqqında

30 Mart 2017 22:47