Dolların bahalaşması bazara təsir etdi - VIDEO

Dolların bahalaşması bazara təsir etdi - VIDEO
21:37 21 Dekabr 2015
237 Digər
Ölkə mətbuatı
A- A+

Dolların məzənnəsinin dəyişməsi istər ərzaq, istərsə də elektron məhsulların qiymətinə təsirsiz ötüşməyib. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bəzi firmalar mağazalara mal verilməsini dayandırıb. Satıcılar deyirlər ki, sabahdan məhsulların qiymətinda artım gözlənilir.

Dolların bahalaşması bazarlara da öz təsirini göstərib. Gün əzrində ərzaq məhsullarının qiyməti dəyişdirilməsə də firmalar mağazalara məhsul verilməsini dayandırıblar.

Hətta bəzi mağazalarda satışa məhdudiyyət tətbiq edilib. Səbəb göstərilir ki, sabahdan məhsulları yeni qiymətlərlə satışa çıxarılacaq. Elektron məhsulların qiyməti dəyişməsə də, sabahdan qiymətdə artımı olacağı bildirilir.

Satıcıları deyir ki, firmalar qiyməti qaldırsa, ərzaq məhsulları avtomatik olaraq bahalaşacaq.

Tamamilə idxal mallar olduğundan elektron məhsulların qiyməti 40-60 faiz yüksələcək. Satıcılar deyirlər ki, qiymət artımı artıq sabahdan müşahidə oluna  bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR