Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Xəzər Lənkəran" buraxıldı (FOTO)

"Xəzər Lənkəran" buraxıldı (FOTO)

Sabiq "Xəzər Lənkəran"lı TFF prezidenti ola bilər (07 Mart 2017 18:17)
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Türkiyə Futbol Federasiyasının prezidenti ola bilər (07 Mart 2017 15:37)
Azərbaycanlı milyarder Rəşad Sadıqova 1 MİLYON TƏKLİF ETDİ (03 Mart 2017 12:58)

Tarix: 21 Dekabr 2015 21:51

İlin son oyununda "İnter" klubuna məğlubiyyətdən sonra "Xəzər Lənkəran” sərbəst buraxılıb.

ANS PRESS-in məlumatına görə, komandanın sonrakı taleyinə aydınlıq gələndən sonra klubun harada toplanacağı da məlum olacaq.

Dekabrın 25-i tarixinə qədər baş məşqçi Yunis Hüseynovun klub prezidenti Mais Mənsimovla görüşəcəyi gözlənilir. Məhz həmin görüşdə komandanın dövrələrarası qış fasiləsi üçün hazırlıq planları ətrafında müzakirələr aparılacaq və transferlərlə bağlı yekun qərar qəbul olunacaq. Bundan sonra heyətin toplanacağı gün də müəyyənləşəcək.


Orxan Sadıqlı

Bu gün "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev klubla yollarını ayıraraq bundan sonra "Qarabağ"ın uğurları üçün çalışacaq. İşləri yolunda getməyən "Xəzər Lənkəran"da növbəti ayrılıq isə əsas qapıçısı ilə yaşanıb. Belə ki, "Xəzər Lənkəran"ın yetirməsi olan Orxan Sadıqlı cənubluları tərk edib. Sadıqlı hələlik heç bir klubla anlaşmayıb. Çünki "Xəzər Lənkəran"da da planlar bəlli deyil. Belə ki, klubun durumu düzəlsə, Sadıqlı yenidən doğma komandasına qayıda bilər.

Teqlər:  Xəzər Lənkəran buraxıldı FOTO



RƏYLƏR


Top xəbərlər