Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tanınmış aktyor Ələsgər Məmmədoğlu dünyasını dəyişdi

Tanınmış aktyor Ələsgər Məmmədoğlu dünyasını dəyişdi

Məşhur ingilis aktyoru dünyasını dəyişdi - FOTO (12 Mart 2017 00:05)
Tanınmış müğənni dünyasını dəyişdi - SON DƏQİQƏ (27 Fevral 2017 17:14)
Məşhur aktyor dünyasını dəyişdi (26 Fevral 2017 21:39)

Tarix: 21 Dekabr 2015 22:57

Tanınmış aktyor Ələsgər Məmmədoğlu dünyasını dəyişib. Milli.Az bildirir ki, bu barədə Kulisə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından xəbər verilib. O, bu gün axşam saatlarında vəfat edib. 

Ə. Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.
 
Ə. Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmir -qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaradıb. "Mozalan" satirik kino- jurnalının 20 -yə yaxın süjetinə çəkilən Ə. Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları"(Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran -43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır.
 
2002-ci ildə Ə. Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Milli.Az


Teqlər:  Tanınmış aktyor Ələsgər Məmmədoğlu dünyasını dəyişdi



RƏYLƏR


Top xəbərlər