Elman Rüstəmov manat haqqında danışdı

Elman Rüstəmov manat haqqında danışdı
22:57 21 Dekabr 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

"Manatın əsas bazar dəyərini tapmaq olduqca mühümdür".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində bildirib.
 
"Manatın tələb və təklif ətrafında formalaşan real məzənnəsi tədiyyə balansımızın tarazlığına gətirməlidir, bu, bizim güddüyümüz başlıca məqsəddir. Digər tərəfdən, bu, imkan verəcək ki, biz ölkənin strateji valyuta ehtiyatlarını qoruyub saxlayaq. Qeyd etdiklərim makroiqtisadi amillərdir. Bizi isə ən çox düşündürən mikroiqtisadi amillərdir. Söhbət mlli iqtisadiyyatımızın rəqabət qabiliyyətindən gedir. Bu, imkan verir ki, yerli istehsalımız, ixracımız stimullaşsın, idxalımız isə məhdudlaşsın. Bu da imkan verəcək ki, biz iqtisadi artımımızı, məşğulluğumuzu yaxşılaşdıraq. Bizim əsas pinsipial hədəfimiz bundan ibrətdir", - deyə E. Rüstəmov qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR