Kreml ətrafında sirli hərbi vertolyotlar (VİDEO, FOTO)

Kreml ətrafında sirli hərbi vertolyotlar (VİDEO, FOTO)
23:26 21 Dekabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

Ən sirli Rusiya vertolyotlarından biri olan “Mi-35MS” Moskvada Kremlin ətrafında kamera obyektivinə düşüb.

ANS PRESS-in məlumatına görə, yayılan videoda iki rotasiya qanadlı hərbi maşının Kreml ətrafında uçuşu təsvir edilib.

Kreml ətrafında uçuşan “Mi-35MS” vertolyotların xüsusi təyinatlı olduğu bildirilir. Onların xüsusi təyinat kateqoriyasına aid olduğu qeyri-standart yaşıl rəngdə olması və bortlarında fərqləndirici nişanların olmaması ilə əlaqələndirilir.


“Mi-35MS” vertolyotları Kreml ətrafında dövrə vurarkən

Vertolyotların xüsusi statuslu olmasını onların füzelyajının müxtəlif hissələrində çoxsaylı antennalar olması ələ verir, həmçinin qanadlarda asılmış radio elektron avadanlığının elementləri görünür. İlk dəfə məxfi vertolyot 2013-cü il fevralda Rostov istehsal bazasında qeyd edilmişdir. Bir neçə ay sonra vertolyot M.L.Milya adına Moskva helikopter zavodunun sınaq bazasında hazırlanmağa başlayıb.



Maşın “Mi-35M” əsasında yaradılıb, Bu helikopter öz sələfi Mi-24-dən fərqli olaraq daha güclü VK-2500- mühərrikləriylə təchiz edilib. Yeni vertolyotun xarici fərqləndirici xüsusiyyəti onun qısaldılmış qanadının və yığılmayan şassinin olmasıdır. Sonuncu sərt enmə vaxtı zərbənin kompensasiyasını təmin edir.


Hadisənin baş verdiyi ərazi xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367831

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR