10 top buraxdı, anti-rekordçular sırasına qoşuldu

10 top buraxdı, anti-rekordçular sırasına qoşuldu
23:32 21 Dekabr 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

"Rayo Vallecano"nun Primeronun 16-cı turunda "Real"a 10:2 uduzması bir sıra anti-rekordları yeniləyib. "Rayo"nun qapıçısı Rodriqez Yoel isə xüsusilə diqqət mərkəzinə düşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispan qolkiper 1959/60 mövsümündən sonra qapısından 10 top buraxan ilk çərçivə qoruyucusu olub. Bu "göstəriciyə" görə Yoel La Liqanın tarixində 11-ci qapıçı olub.

Bir oyunda qapısından ən çox qol buraxanlar:

1. Lyorens (Barcelona) : Athletic - Barcelona - 12:1 (1930/31 mövsümü)

2. Miro (Barcelona) : Sevilla - Barcelona - 11:1 (1940/41 mövsümü)

3. Qonzalez (Valencia): Sevilla - Valencia - 10:3 (1940/41 mövsümü)

4. Florensa (Real Oviedo) : Sevilla - Oviedo - 10:0 (1941/42 mövsümü)

5. Bermudes (Celta) : Athletic - Celta - 10:0 (1941/42 mövsümü)

6. Dauder (Gimnastic) : Barcelona - Gimnastic - 10:1 (1949/50 mövsümü)

7. Rivero (Lleida): Deportivo - Lleida - 10:1 (1950/51 mövsümü)

8. Veles (Zaragoza) : Athletic - Zaragoza - 10:1 (1951/52 mövsümü)

9. Pepin (Las Palmas) : Real - Las Palmas - 10:1 (1958/59 mövsümü)

10. Qarsiya (Elche) : Real - Elche - 11:2 (1959/60 mövsümü)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR