Qazaxıstan və Rusiya birləşir

Qazaxıstan və Rusiya birləşir
00:01 22 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqının daxilində “Trans-Atlantik” ticarət zonasına oxşar birliyin ətrafında birləşməyi təklif edib.

ANS PRESS-in məlumatına görə, Nazarbayev bu təkliflə Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı çıxış edib.

Nazarbayev bildirib ki, artıq bu təcrübə Avropa Birliyi ABŞ arasında həyata keçirilir.

Qazaxıstanın dövlət başçısı Aİİ –nın əmtəə dövriyyəsinin az olduğunu bildirib: “Amma sərhədlərin açıq olması və ortaq müəssisələr əmtəə dövriyyəsinin artmasında böyük oynamaqda davam edirlər. Rusiya - Qazaxıstan arasında hökümətlərarası komissiyanın əməkdaşlığı da yüksək səviyyədədir”.


Qazaxıstan və Rusiya prezidentləri arasında görüş


“Trans-Pacific” çərçivəsində əməkdaşlıq edən dövlətlər arasında ticarət əməliyyatları zamanı vergi rüsumları tutulmadan aparılır. Hazırda bu əməkdaşlıq forması ABŞ və Avropa Birliyi arasında tətbiq edilməsi nəzərdə tutulur.

Məlumata görə, bu ticarət növü tətbiq edildikdən sonra Avropa İttifaqının iqtisadiyyatı 119 milyarda avro ABŞ iqtisadiyyatı isə 95 milyard avro əlavə gəlir götürə bilər.

Bələ iqtisadi əməkdaşlıq "Trans-Pacific" adı altında bəzi Asiya dövlətləri və ABŞ arasında həyata keçirilir.


Asiya dövlətləri və ABŞ arasında "Trans-Pacific" ticarət zonası


Avrasiya İqtisadi İttifaqı 2014-cü il mayın 29-da Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistan isə Avrasiya İqtisadi İttifaqınə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayır. İqtisadi birlikdə gömrüksüz ticarət nəzərdə tutulur.

Bir müddət əvvəl Azərbaycanın da bu təşkilata üzvülüyü məsələsi gündəmə gəlmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367817

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR