Qazaxıstanda “Azərbaycan guşəsi”nin təqdimatı keçirilib

Qazaxıstanda “Azərbaycan guşəsi”nin təqdimatı keçirilib
00:08 22 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Astana, 22 dekabr, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü ilə Astanada Türk Akademiyasının ortaq tarixi muzeyində “Azərbaycan guşəsi”nin təqdimatı keçirilib.
Tədbirdə səfirliyin əməkdaşları, Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Vidadi Salahov, alimlər və KİV nümayəndələri iştirak ediblər.
Səfirliyin müvəqqəti işlər vəkili Şahin Əhmədov Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göndərilən bayrağı, milli çalğı alətləri, geyimlər, xalçalar və suvenirləri Türk Akademiyasının ortaq tarix muzeyinə təqdim edib.
Şahin Əhmədov qeyd edib ki, bu eksponatlarla ortaq türk tarixinin yaxın olduğunu muzeyə gələn hər bir kəsə, Qazaxıstan və xarici ölkə vətəndaşlarına nümayiş etdirməkdir. Türk Akademiyası vasitəsilə ölkələrimiz və xalqlarımız daha da yaxınlaşır.
Türk Akademiyasının prezidenti Darhan Kıdırali göstərilən diqqət və köməyə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib.
Qazaxıstandakı səfirliyimiz hər zaman sıx əməkdaşlığa və göstərdiyi dəstəyə görə Türk Akademiyasının sertifikatına layiq görülüb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazaxistanda_Azerbaycan_gusesinin_teqdimati_kechirilib-913146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR