Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

PKK-nın növbəti hücumu: 2 əsgər həlak oldu

PKK-nın növbəti hücumu: 2 əsgər həlak oldu

Date: 22 December 2015 01:09

Kürd Fəhlə Partiyasının (PKK) terrorçularının hücumları nəticəsində Türkiyədə 2 əsgər ölüb, 9-u yaralanıb.

 

APA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Bitlisdə əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Diyarbəkir vilayətinin Sur rayonunda hücum zamanı yaralanan əsgər isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Tags:  PKK-nın növbəti hücumu əsgər həlak oldu

RƏYLƏR


Top news