Bakıda restoranda atışma, yaralılar var

Bakıda restoranda atışma, yaralılar var
01:46 22 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda restoranda silahlı insident baş verib.

ANS PRESS xəbər verir ki, APA-nın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, hadisə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Zeytə park” restoranında baş verib.

İlkin məlumata görə, restoranın müştəriləri arasında mübahisə yaranıb. Mübahisə zamanı hələlik şəxsiyyəti məlum olmayan bir nəfər tüfəngdən atəş açıb. Nəticədə 4-5 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Restoran bağlanıb, əraziyə heç kim buraxılmır.

1 saylı Şəhər Kliniki Xəstəxanasından Trend-ə bildirilib ki, hadisə nəticəsındə xəsarət almış 5 nəfər xəstəxanaya gətirilib. Onlardan 2-si artıq buraxılıb, 1-i başqa xəstəxanaya köçürülüb, 2-si isə hazırda xəstəxanada müalicə alır. Onların vəziyyətinin sabit olduğu qeyd olunub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR