"Eltona, Ramala, Nadirə baxanda mən şükürlüyəm"

"Eltona, Ramala, Nadirə baxanda mən şükürlüyəm"
01:56 22 Dekabr 2015
47 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Manaf Ağayev 2500 manat vergilər nazirliyindən cərimələnməsi haqqında danışıb.

Axşam.az-ın məlumatına görə, ifaçı anspress-ə danışaraq digər müğənnnilərin yanında şükürlü olduğunu deyib.

“Tək mənə yox hamıya gəlib. Vaxt qoyulmuşdu, sonuncu gün bu gün idi. Mən də getdim, bu gün ödədim”.

İfaçı 8 ildir vergi ödəyici olduğunu deyib. O, komandasında 15 nəfər olduğunu və hərəsinə 200 manat verdiyini açıqlayıb.
 
“Zamanında desəydilər, bu qədər borcum olmazdı. Əslində bu düz deyil, mən 8 ildir vergi ödəyirəm. Mənə heç nə demirlər birdən bu qədər cərimə olunuram. Mən elə baha toya getmirəm. Ansamblımda 15 nəfər var, hərəsinə 200 manat verəndə çox az pul qalır. 10-15 minə toya getmirəm ki, mənim getdiyim yerlər Zəngilan, Qubadlı, Fizuli, Ağdam öz bölgələrim, publikam var. Onların arasında pulsuz toy var, şəhid ailəsi var, qohum-əqrəba var. Elton, Mətanət, Ramal, Nadir Qafarzadəyə və digər müğənnilərə baxanda mən şükürlüyəm. Onların 30, 35 min manat cərimələri var”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR