Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Mançester Yunayted"in yeni baş məşqçisi (FOTO)

"Mançester Yunayted"in yeni baş məşqçisi (FOTO)

Date: 22 December 2015 03:26

"Çelsi"dən ayrılan Joze Mourinyonun işsiz günləri başa çatmaq üzrədir.

ANS PRESS-in məlumatına görə, təcrübəli məşqçi yenidən İngiltərədə çalışacaq.

Bu barədə "Daily Express" nəşri xəbər verib. Nəşrin verdiyi məlumata görə, portuqaliyalı mütəxəssisin "Mançester Yunayted"lə anlaşdığı iddia olunur.


Joze Mourinyo

İddiaya görə, "qırmızı-şeytanlar"ın rəhbərliyi hazırkı baş məşqçi Lui van Qallın işindən narazı olduğundan portuqaliyalı çalışdırıcı ilə artıq ilkin müqaviləyə qol çəklib. Razılığa əsasən növbəti 5 ildə Mourinyo "Mançester Yunayted"i çalışdıracaq.

Dekabrın 16-da "Çelsi"dən ayrılan Mourinyo ilk dəfə 2004-2007-ci illərdə "Çelsi"yə başçılıq edib. Həmin vaхt komanda onun rəhbərliyi altında Premyer Liqanın (2 dəfə), Federasiya Kubokunun (1), Liqa Kubokunun (2) və İngiltərə Super Kubokunun qalibi olub. 2013-cü ildə yenidən komandanın başına keçən portuqaliyalı mütəхəssis ötən mövsüm komandanı Premyen Liqanın və Liqa Kubokunun qalibi etmişdi. Lakin cari mövsümdə komanda uğursuz çıхış edir. Bunun nəticəsidi ki, "Çelsi" 16 turdan sonra 15 хalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Premyer Liqadan fərqli olaraq, Çempionlar Liqasında uğurlu çıхış edən London klubu 1/8 finala lider kimi çıхıb.

Tags:  Mançester Yunaytedin yeni baş məşqçisi FOTO

RƏYLƏR


Top news