Neftin qiyməti rekord həddə ucuzlaşıb

Neftin qiyməti rekord həddə ucuzlaşıb
03:46 22 Dekabr 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarlarında neftin qiyməti 2004-cü ildən bəri görülməmiş həddə aşağı qiymətə satılır. ANS PRESS-in məlumatına görə, “Brent” markalı xam neftin bareli 36.35 dollara düşüb. Körfəz ölkələrinin hasilat tempini aşağı salmamasına görə yaranan “neft bolluğu” effekti qara qızılın dəyərini son dərəcə ucuzlaşdırıb.

Düz bir il əvvəl “Brent” markalı neftin bareli 60 dollara satılırdı. İyun ayında isə bu qiymət nə az nə çox 115 dollar təşkil edirdi. Bazar ertəsi ABŞ-ın Xam Nefti də 40 sent ucuzlaşaraq, 34.17 dollara enib. Bu 2009-cu ildən bəri ən aşağı göstəricidir.

Qlobal bazara Rusiya və ABŞ-dan da külli miqdarda neftin çatmaqda olduğunu nəzərə alan analitiklər belə gedişlə ucuzlaşma trendinin dəyişməz qalacağını hesab edir. Hələ dünya neft bazarına 2016-cı ildə, nüvə ilə bağlı sanksiyaların qaldırılmasından sonra İran da qayıdaraq, öz seqmentini tutmağa çalışacaq.

Noyabr ayında 12 üzvlük OPEK hasilat həddini günə 30 milyon barel həcmində saxlamağı qərar verib. Bir çox ölkələrdə isə neftin ucuzlaşması istehlaçılar üçün faydalı olub. Britaniyada bununla əlaqədar benzinin 1 litrinin qiyməti 1 funt-sterlinqdən də aşağı düşüb. Sonuncu dəfə belə göstərici 2009-cu ildə qeydə alınıb. Digər tərəfdən isə ziyan çəkən neft şirkətləri gəlirlərin azalmasıyla əlaqədar investisiya və axtarış-kəşfiyyat xərclərini ixtisar etməyə məcbur olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367854

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR