Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

BMT: Avropaya 1 milyon miqrant gəlib

BMT: Avropaya 1 milyon miqrant gəlib

İlin əvvəlindən Avropaya 25 mindən çox miqrant gəlib (24 Mart 2017 22:37)
Miqrant faciəsi davam edir: 250-dən çox afrikalı boğuldu (24 Mart 2017 03:14)
Aralıq dənizində 3 mindən artıq miqrant xilas edilib (20 Mart 2017 07:57)

Tarix: 22 Dekabr 2015 04:44

İlin əvvəlindən Avropaya gələn miqrantların sayı 1 milyona çatıb, onlardan 500 mini Suriya qaçqınlarıdır.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarı Antoniu Qutyerreş bəyan edib.

 

Onun sözlərinə görə, suriyalı qaçqınlar Yaxın Şərqdə yoxsulluqla üzləşirlər. BMT və Dünya Bankının hesablamalarına əsasən, Suriyadan olan qaçqınların əksəriyyəti İordaniya və Livanda yoxsulluq həddindən aşağı səviyyədə yaşayırlar.

 

“Bir çox hallarda qaçqınlar işləmək hüququndan məhrum olunur, uşaqların yarısı məktəbə getmir”, deyə A.Qutyerreş bildirib. O, Suriyada tezliklə münaqişəyə son qoyulmasının vacibliyini vurğulayıb: “Qarşıdurma davam etdikcə onun fəsadları daha da ağır olacaq. Münaqişənin davamı Suriyanın sonu deməkdir”. 


Teqlər:  BMT Avropaya milyon miqrant gəlib



RƏYLƏR


Top xəbərlər