"ABŞ-ın hədəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir"

"ABŞ-ın hədəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir"
05:16 22 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllini hədəf olaraq seçib.

Bunu brifinq zamanı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

Kirbi İsveçrədə Azərbaycan və Ermənistan Prezidentləri arasında şənbə günü keçirilən görüşü şərh edərkən deyib ki, "sammit ölkə liderlərinə il ərzində ilk dəfə üz-üzə görüşmək və mövqeləri aydınlaşdırmağa imkanı verdi". Onun sözlərinə görə, "Prezidentlər vəziyyətin pisləşməsini etiraf ediblər".

Rəsmi nümayəndə həmçinin Vaşınqtonun "dinc əhali arasında qurbanların sayının azaldılması üzrə tədbirləri" dəstəklədiyini bildirib. Bildirib ki, Amerika nümayəndə heyəti "ATƏT-in Minsk qrupu çərçivəsində rusiyalı və fransalı həmkarları ilə birlikdə bütün bu tədbirləri ətrafında müzakirələri davam etdirir".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367856

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR