Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neftin qiymətində dirçəliş var

Neftin qiymətində dirçəliş var

Date: 22 December 2015 05:51

Dünya birjalarında neftin qiymətində dirçəliş qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti cüzi ucuzlaşma ilə 36.35 dollar olub.

“Texas” (WTI) markalı neftin qiymətində isə dirçəliş müşahidə olunub. Belə ki, “Texas” (WTI) markalı neftin qiyməti dünənə nisbətən bahalaşaraq bir bareli 36.04 dollar olub.


Mənbə: Bloomberg

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,44 dollar bahalaşaraq 38,20 dollar təşkil edib.

Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti cüzi bahalaşma ilə 34,36 dollar olub. Gümüşün qiyməti isə 1 qram üçün 0.45 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

Ötən gün Azərbaycan valyutasında devalvasiya qeydə alınıb. Milli valyutamız olan manatın məzənnəsi euro və dollar qarşısında öz dəyərini itirib. Dünən Mərkəzi bankın üzən məzənnəyə keçid haqqında verdiyi qərardan sonra dollarda 50 faizə yaxın bahalaşma qeydə alınıb. İndi 1 ABŞ dollarının qiyməti 1.5500 AZN təşkil edir. 1 avro 1.6850, 1 rubl 0.0218 AZN olub.


Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi:

Tags:  Neftin qiymətində dirçəliş var


RƏYLƏR


Top news