Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​İran raket istehsalını artırmaq niyyətindədir

​İran raket istehsalını artırmaq niyyətindədir

Date: 22 December 2015 06:12

Bakı. 22 dekabr. REPORT.AZ/ İran raket istehsalını artırmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə İranın müdafiə naziri, briqada generalı Xüseyn Dehqan ölkənin şimalında yerləşən Sari şəhərində çıxışı zamanı bildirib.
"Biz öz raketlərimizin layihələndirilməsi, istehsalı və sınaqdan çıxarılmasını dayandırmamışıq, əksinə, biz onların istehsalını hətta artırmışıq", - deyə o bildirib.
Bununla yanaşı, nazir vurğulayıb ki, "Tehranın heç zaman öz raketləri üçün nüvə başlıqları yaratmaq planları olmayıb". Lakin, Dehqan əlavə edib ki, hərbi texnika və silahın daima yenilənməsi və təkmilləşdirilməsi İranın düşmənlərdən müdafiənin təmin olunmasına yönəlmiş hərbi proqrmı üçün gündəliyin birinci sətirlərində yer alıb.

Tags:  İran raket istehsalını artırmaq niyyətindədir


RƏYLƏR


Top news