Bakıda məmur oğlu restoranda atəş açdı: 6 yaralı

Bakıda məmur oğlu restoranda atəş açdı: 6 yaralı
07:32 22 Dekabr 2015
803 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda atışma olub. 

Hadisə Lökbatan qəsəbəsindəki "Zeytə park" restoranında baş verib.

Atəş açanlardan biri nazirliklərdən birinin şöbə müdirinin oğludur. 

Milli.Az bildirir ki, bu barədə musavat.com-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Hələlik adı çəkilməyən məmur oğlu dostu ilə birlikdə restoranda istirahət edirmiş. Həmin vaxt restoranda başqa müştərilər ad günü mərasimi keçirirmiş. İki dostun ad günü iştirakçıları ilə mübahisəsi düşüb. Mübahisə zamanı dostlardan biri "Vinçestr" markalı tüfəng, digəri isə "Makarov" markalı tapança çıxarıb və atəş açmağa başlayıb. 

Nəticədə 6 nəfər  - Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyev yaralanıb. Yaralıların hamısı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

1 saylı Şəhər Kliniki Xəstəxanasından Trend-ə bildirilib ki, hadisə nəticəsındə xəsarət almış 5 nəfər xəstəxanaya gətirilib. Onlardan 2-si artıq buraxılıb, 1-i başqa xəstəxanaya köçürülüb, 2-si isə hazırda xəstəxanada müalicə alır. Onların vəziyyətinin sabit olduğu qeyd olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/392079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR