​Ərdoğan: "Mən şəxsən Putinə bildirmişəm ki, Bayırbucaqda İŞİD yoxdu, yalnız Suriya türkmənləri var"

​Ərdoğan: "Mən şəxsən Putinə bildirmişəm ki, Bayırbucaqda İŞİD yoxdu, yalnız Suriya türkmənləri var"
07:42 22 Dekabr 2015
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rusiyalı həmkarı Vladimir Putinə Suriyanın şimalında türkmənlərin yaşadığını şəxsən bildirib.
"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti bazar ertəsi Bursa şəhərində iş adamları qarşısında çıxışı zamanı bildirib.
"Onlar (Rusiya - red.) bildirirlər ki, türkmənlər barədə onlara heç nə deyilməyib. Mən şəxsən Putinə bildirmişəm ki, Bayırbucaqda İŞİD yoxdu, yalnız Suriya türkmənləri var", - deyə Türkiyə prezidenti bildirib.
Ərdoğan, həmçinin qeyd edib ki, buna baxmayaraq, Rusiya türkmənlərin yaşadığı bölgəyə zərbələr endirməkdə davam edir.

Xəbərin orijinal ünvanı: http://report.az/region/erdogan-men-sexsen-putine-bildirmisem-ki-bayirbucaqda-i-si-d-yoxdu-yalniz-suriya-turkmenleri-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR