Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət Departamenti: "ABŞ Dağlıq Qarabağ münaqişənin..."

Dövlət Departamenti: "ABŞ Dağlıq Qarabağ münaqişənin..."

Date: 22 December 2015 07:42

ABŞ Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllini hədəf olaraq seçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu brifinq zamanı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

Kirbi İsveçrədə Azərbaycan və Ermənistan Prezidentləri arasında şənbə günü keçirilən görüşü şərh edərkən deyib ki, "sammit ölkə liderlərinə il ərzində ilk dəfə üz-üzə görüşmək və mövqeləri aydınlaşdırmağa imkanı verdi". Onun sözlərinə görə, "Prezidentlər vəziyyətin pisləşməsini etiraf ediblər".

Rəsmi nümayəndə həmçinin Vaşınqtonun "dinc əhali arasında qurbanların sayının azaldılması üzrə tədbirləri" dəstəklədiyini bildirib. Bildirib ki, Amerika nümayəndə heyəti "ATƏT-in Minsk qrupu çərçivəsində rusiyalı və fransalı həmkarları ilə birlikdə bütün bu tədbirləri ətrafında müzakirələri davam etdirir".

Milli.Az


Tags:  Dövlət Departamenti ABŞ Dağlıq Qarabağ münaqişənin


RƏYLƏR


Top news