"Avropa Qran Prisi"nin video-bələdçisi

"Avropa Qran Prisi"nin video-bələdçisi
07:51 22 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

Gələn il ölkəmizdə baş tutacaq Avropa Qran-pri yarışlarına hazırlıq yüksək templə davam edir.

ANS PRESS-in məlumatına görə, Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletləri artıq rəsmən satışdadır.

Biletləri www.bakucitycircult.com saytı vasitəsilə onlayn qaydada almaq mümkündür. Satışa 30 min bilet çıxarılıb. Biletləri manat, avro, dollar və funt sterlinqlə almaq olar. Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycan vətəndaşları üçün bilet qiymətlərində 40 faiz endirim olunacağini qeyd edib.Bu günlərdə yarışın baş tutacaq trasın konfiqurasiyası üzrə video-bələdçi də hazırlanıb.



Hermann Tilkenin hazırladığı trasın keçəcəyi küçələr, bu küçələrdə yer alan tarixi abidələr, görməli yerlər ölkəmizə gələcək turistlər üçün də maraqlı olacaq. Videoçarx Media Təqib Mərkəzinin texniki, www.F-1.az saytının informasiya dəstəyi ilə hazırlanıb. Videoçarxı "Formula1" yarışılarının "İdman Azərbaycan" kanalındakı şərhçiləri Siyavuş Əliyev və Rəhim Əliyev səsləndiriblər.


Halqanın xəritəsi

Bakı Formula-1 yarışlarının keçiriləcəyi 4 şəhərdən biri olacaq. Altı kilometr uzunluğundakı Bakı trasında bolidlər 20 döngədən keçərək 51 dövrə vuracaqlar. Dənizkənarı bulvar boyunca iki kilometrlik məsafədə sürət saatda 340 kilometr olacaq.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367849

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR