Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

2015-ci ildə Avropaya 1 milyon miqrant gəlib

2015-ci ildə Avropaya 1 milyon miqrant gəlib

İlin əvvəlindən Avropaya 25 mindən çox miqrant gəlib (24 Mart 2017 22:37)
Villa, avtomobil, gəmidən sonra daha bir bahalı hədiyyə (24 Mart 2017 14:32)
Miqrant faciəsi davam edir: 250-dən çox afrikalı boğuldu (24 Mart 2017 03:14)

Tarix: 22 Dekabr 2015 08:12

İlin əvvəlindən Avropaya gələn miqrantların sayı 1 milyona çatıb, onlardan 500 mini Suriya qaçqınlarıdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarı Antoniu Qutyerreş bəyan edib.
 
Onun sözlərinə görə, suriyalı qaçqınlar Yaxın Şərqdə yoxsulluqla üzləşirlər. BMT və Dünya Bankının hesablamalarına əsasən, Suriyadan olan qaçqınların əksəriyyəti İordaniya və Livanda yoxsulluq həddindən aşağı səviyyədə yaşayırlar.
 
"Bir çox hallarda qaçqınlar işləmək hüququndan məhrum olunur, uşaqların yarısı məktəbə getmir", deyə A.Qutyerreş bildirib. O, Suriyada tezliklə münaqişəyə son qoyulmasının vacibliyini vurğulayıb: "Qarşıdurma davam etdikcə onun fəsadları daha da ağır olacaq. Münaqişənin davamı Suriyanın sonu deməkdir".

Milli.Az


Teqlər:  2015-ci ildə Avropaya milyon miqrant gəlib



RƏYLƏR


Top xəbərlər