Obama 2016-cı ildə miqrant böhranı ilə əlaqədar sammit keçirəcək

Obama 2016-cı ildə miqrant böhranı ilə əlaqədar sammit keçirəcək
08:22 22 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama 2016-cı ilin sentyabrında miqrant böhranı ilə əlaqədar sammit keçirəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer bəyan edib.
 
Onun sözlərinə görə, görüşdə qaçqınların yerləşdirilməsi, onların iş yerləri və təhsilə çıxış imkanının təmin edilməsi məsələləri diqqət mərkəzində olacaq.
 
S.Pauer qeyd edib ki, 2016-cı ildə miqrantların problemlərinə dair bir sıra forumlar keçiriləcək. Belə ki, fevralda Londonda donor konfransı, martda Nyu-Yorkda BMT-nin mənzil-qərargahında məskunlaşma məsələləri ilə bağlı görüş, mayda isə İstanbulda Ümumdünya Humanitar Yardım Sammiti baş tutacaq.
 
Qeyd edək ki, 2015-ci ilin əvvəlində BMT münaqişə və təbii fəlakətlərdən əziyyət çəkənlərə 19,9 milyard dolların ayrılmasını istəyib. Cari ilin dekabr ayı üçün zəruri vəsaitin 49% köçürülüb. 2016-cı ildə isə humanitar məqsədlərə 20,1 milyard dolların ayrılması nəzərdə tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR