Astaracay üzərində dəmir yolu körpusunün tikintisi ilə bağlı Tehranda müzakirələr aparılıb

Astaracay üzərində dəmir yolu körpusunün tikintisi ilə bağlı Tehranda müzakirələr aparılıb
08:37 22 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

21 dekabr 2015-ci ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astaracay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpusu tikinti layihəsi üzrə Azərbaycan və İİR Dəmir Yollarının İşçi Qurupun iclası keçirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Milli.Az-a məlumat verib ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov iclasda çıxış edərək bildirib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

İİR-ın Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi çıxış edərək "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini bildirdi.

Sonra "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astaracay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpusu tikinti layihəsi müzakirə olunub.

Müzakirələr zamanı bildirilmişdir ki, tərəflər 08-09 noyabr 2015-ci il tarixdə Tehran şəhərində mütəxəsislərin keçirmiş olduğu iclas protokolunun maddələrinin qüvvədə qaldığını təsdiq edirlər. İran tərəfi 14.12.2015-ci il tarixdə körpünün layihəsinin 5 variantını Azərbaycan tərəfinə təqdim etmiş, Azərbaycan tərəfi 16.12.2015-ci il tarixdə ikinci variantı (3x26,75) seçərək qəbul etdiyini İran tərəfinə məlumat verib.

İçlasın sonunda müvafiq protokol imzalanıb.

Protokola əsasən, qərara alınmışdır ki, İran tərəfi geologiya işlərinin Azərbaycan ərazisində icrasını təşkil olunması məqsədi ilə Azərbaycan sərhəddini keçəcək işçilərinin pasport məlumatlarını Azərbaycan tərəfinə təqdim etməlidir. Eyni zamanda Azərbaycan tərəfi müvafiq orqanlardan İran mütəxəsislərinin Azərbaycan sərhəddinə girişini təmin edəcəkdir. Bununla bağlı 25-27 dekabr tarixlərində tərəflərin mütəxəsislərnin göruşü təşkil ediləcək.

Müzakirələrdən sonra qərara alındı ki, Azərbaycandan İrana gedən istiqamətdə 1520 mm standartlı dəmir yolu xətti sağda, 1435 mm standartlı dəmir yolu xətti isə sol tərəfdə yerləşəcək. İrandan Azərbaycan istiqamətində isə 1520 mm standartlı dəmir yolu solda, 1435 mm standartlı dəmir yolu xətti isə sağda yerləşəcək.

Eyni zamanda, 27 dekabr 2015-ci ildə dəmir yolu və sərhəd xidmətinin səlahiyyətli nümayəndələrinin iştiraki ilə layihə yerində görüşün təşkil olunması və köprünün sıfır nögtəsinin təyin olunması qərara alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR