Əməkdar Artist Ələsgər Məmmədoğlu vəfat edib

Əməkdar Artist Ələsgər Məmmədoğlu vəfat edib
08:58 22 Dekabr 2015
159 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycanın Əməkdar Artisti Ələsgər Məmmədoğlu dünyasını dəyişib.
Ələsgər Məmmədoğlu 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 1975-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb.
Ələsgər Məmmədoğlu bir çox teletamaşalarda Şair ("Evləri köndələn yar"), Milis ("Yaşıl eynəkli adam"), Nökər ("Mehmanxana sahibəsi"), Narsatan ("Qatarda", Gümrah ("Alov") kimi obrazlar yaradıb. "Mozalan" satirik kino-jurnalının 20-yə yaxın sujetinə çəkilən Ələsgər Məmmədoğlu "Ömrun səhifələri", "Xoşbəxtlik qayğıları", "Bəyin oğurlanması", "Tehran-43" və başqa bədii filmlərin də iştirakçısıdır.
2002-ci ildə Ələsgər Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amekdar_Artist_Alesger_Memmedoglu_vefat_edib-913156

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR