Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Rusiya jurnalistləri Latakia bazasına buraxdı

Rusiya jurnalistləri Latakia bazasına buraxdı

Date: 22 December 2015 09:11

Rusiya ordusu Suriyanın Latakiya şəhərindəki hərbi bazasına media nümayəndələrinin girişinə icazə verib. ANS PRESS-in məlumatına görə, Britaniyanın "Sky News" telekanalının çəkiliş heyəti, digər media qurumlarından olan jurnalistlərlə birgə, müntəzəm olaraq yeni hərbi silahların və hərbi avadanlıqların gətirildiyi dənizkənarı hava bazasına baş çəkib. Sky telekanalı Latakiya bazasında aparılan genişlənmə işlərini lentə alıb, Rusiya ordusu əməliyyatların intensivləşməsi ilə əlaqədar uçuş zolaqlarını sayını artırmağa çalışır.

Beynəxalq jurnalistləri hava bazasında Rusiya müdafiə nazirliyinin rəsmisi general mayor İqor Konaçenkov qarşılayıb. O Suriyanın ayrı-ayrı yaşayış məntəqələrində mülki əhali arasında artan itkilərin Rusiya hava zərbələri ilə əlaqəsi olmadını israrlı şəkildə bildirib. Jurnalistlər üçün daha sonra Rusiya gəmilərinin yan aldığı Tartus tərsanəsinə ekskursiyə təşkil olunub.

Reportajda jurnalistlər 11 rus hərbi gəmisini gördüklərini bildirirlər. Konaçenkov müxbirin Rusiyanın Suriyadakı hərbi bazalarının sayı barədə verdiyi suala, “Rusiyanın artıq bu ölkədə daha artıq hərbi bazaya ehtiyacı olmadığını bildirib. "Slava" adlı kreyserdə gəmi gəzintisi ilə yanaşı, jurnalistlər Rusiyanın hava əməliyyatları keçirdiyi Latakiya şəhərindən görüntülər də çəkə bilib.

Tags:  Rusiya jurnalistləri Latakia bazasına buraxdı


RƏYLƏR


Top news