Tanınmış aktyor Ələsgər Məmmədoğlu dünyasını dəyişib

Tanınmış aktyor Ələsgər Məmmədoğlu dünyasını dəyişib
09:13 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın tanınmış aktyoru Ələsgər Məmmədoğlu dünən dünyasını dəyişib. Trend-in məlumatına görə, Ə.Məmmədoğlu hələ keçən ay yüksək təzyiq diaqnozu ilə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilmişdi. Mərhum bu gün dəfn ediləcək.

Ə.Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.

Bir çox tamaşa və filmlərdə unudulmaz obrazlar yaratmış Ə.Məmmədoğlu 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2472396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR