Bosniya və Herseqovina yığmasının baş məşqçisi ilə müqavilə uzadılıb

Bosniya və Herseqovina yığmasının baş məşqçisi ilə müqavilə uzadılıb
09:32 22 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Bosniya və Herseqovinanın futbol üzrə milli komandasının baş məşqçisi Mehmed Bajdareviç 2018-ci ilədək vəzifəsində qalacaq. "Report"un məlumatına görə, 55 yaşlı mütəxəssis ölkənin Futbol Federasiyası ilə qarşıdakı seçmə tsiklin sonunadək müqaviləsini uzadıb. 
Bajdareviç millidə 2014-cü ilin dekabrından çalışır. 
Qeyd edək ki, Bosniya və Herseqovina milli komandasında Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçu forma geyinir. Bunlar "Qarabağ"ın qapıçısı İbrahim Şehiçlə "Qəbələ"nin hücumçusu Ermin Zetsdir.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/bosniya-ve-herseqovina-yigmasinin-bas-mesqcisi-muqavile

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR