"Samur" sərhəd buraxılış məntəqəsindəki vəziyyət yoxlanılıb (FOTO)

"Samur" sərhəd buraxılış məntəqəsindəki vəziyyət yoxlanılıb (FOTO)
10:03 22 Dekabr 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komi­tə­sinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev tərəfindən “Samur” dövlət sərhəd buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı vəziyyəti yoxlanılıb.

DSX-dən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmi­ləş­di­rilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülən tədbirlərin səmərəliyinin qiymətlən­­­dirilməsi məq­sə­dilə dövlət sərhə­dindən keçən şəxslərlə söhbətlər edilib. Şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə olunub.

Bu məqsədlə general-polkovnik E.Quliyev və gömrük xidməti general-leytenantı A.Əliyevin rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Prezidentin ölkə­mizdə biznes mühitinin daha da yaxşılaşdırılması, sahib­kar­lığın inkişaf etdirilməsi, turizm imkanlarının genişləndirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafeyinin qorun­ması ilə bağlı son zamanlar qəbul etdiyi qərarların və verdiyi göstərişlərin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparıl­ıb.

Bu tapşırıqlar baxımından “Samur” dövlət sərhədindən buraxılış məntə­qə­sin­dəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komi­tə­sinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlən­məsi məsələləri müza­kirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.

Sərhədkeçmə məsələlərinin daha da təkmil­ləş­dirilməsi, son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlərin operativ həll edilməsi, dövlət sərhə­din­dən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2472413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR