Nyu Dehli yaxınlığındakı təyyarə qəzasında 4 nəfər ölüb

Nyu Dehli yaxınlığındakı təyyarə qəzasında 4 nəfər ölüb
10:22 22 Dekabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Hindistan Sərhəd Qoşunlarına məxsus kiçik təyyarənin paytaxt Nyu Dehli hava limanında qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, "Super King" təyyarəsinin göyərtəsində 10 nəfər olub. Qəza təyyarənin yenicə havaya qalxdığı zaman baş verib. Aşağı düşərkən təyyarə divara çırpılıb, sonra texniki su bəndinə düşüb və yanıb.
Qəza yerinə ölkənin daxili işlər naziri Racnath Sinqh də gəlib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/nyu-dehli-yaxinligindaki-teyyare-qezasinda-4-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR