Lökbatandakı atışma ilə bağlı cinayət işi açıldı

Lökbatandakı atışma ilə bağlı cinayət işi açıldı
10:22 22 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Lökbatandakı atışma ilə bağlı cinayət işi açılıb.

Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, dünən gecə saatlarında Bakının Lökbatan qəsəbəsində yerləşən "Zeytə park" adlanan restoranda atışma nəticəsində ən azı 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

1 saylı Şəhər Kliniki Xəstəxanasından Trend-ə bildirilib ki, hadisə nəticəsində xəsarət almış 5 nəfər xəstəxanaya gətirilib. Onlardan 2-si artıq buraxılıb, 1-i başqa xəstəxanaya köçürülüb, 2-si isə hazırda xəstəxanada müalicə alır. Onların vəziyyətinin sabit olduğu qeyd olunub. Hadisə nəticəsində Ədalət Həsənov və iki azyaşlı oğlu - Orxan Nazim Həsənovlar, Rafiq Kərimov, Cəmil Həmidov Mehrab Əliyev güllə yarası alıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR