Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir Filarmoniyanın direktorunu cəzalandırdı

Nazir Filarmoniyanın direktorunu cəzalandırdı

Date: 22 December 2015 10:36

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Filarmoniyanın direktorunu cəzalandırdı. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, buna səbəb Murad Adıgözəlzadəyə şiddətli töhmət verilməsinə səbəb mədəniyyət müəssisəsinin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə verilib.
Bu barədə qərar isə Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında qeyd edilib.

Fəaliyyətsizliyə və vəzifə səlahiyyətlərinin öhdəsindən gəlmədiyinə görə direktor müavini Afət Mikayılova ciddi xəbərdarlıq edilib.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru Şükür Səmədova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Nazilə Yaqubovaya, Dövlət Xor Kapellasının direktoru Xurşid Abdullayevaya, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru Elçin Abbasova, Azərbaycan Dövlət Rəqs Ansamblının direktoru Zahir Qasımova xəbərdarlıq edilib.


Nazirlikdə kollegiya iclası

Kollegiyada qəbul olunan qərarların icra vəziyyətinə 6 aydan sonra yenidən baxılması ilə bağlı tapşırıqlar verilib.

İclası açıq elan edən nazir Əbülfəs Qarayev gündəlik barədə məlumat verib. Əbülfəs Qarayev Azərbaycan Dövlət Filarmoniyasının ölkəmizin ən aparıcı mədəniyyət müəssisələrindən biri olduğunu vurğulayıb: “Elə buna görə də Dövlət Filarmoniyasının güclü fəaliyyət göstərməsi vacibdir. Bu mədəniyyət müəssisəsində istedadlı, peşəkar insanlar var. Filarmoniyanın kollektivləri ölkəmizdə keçirilən musiqi festivallarında, dövlət tədbirlərində, eləcə də xarici ölkələrdə yüksək səviyyədə çıxış edirlər. Amma, bununla yanaşı, idarəçilikdə çox ciddi nöqsanlar var. Təşəbbüskarlıq yox səviyyəsindədir”.

Nazir deyib ki, Dövlət Filarmoniyasının işini günün müasir tələblərinə uyğun qurulması, dünyanın aparıcı filarmoniyaları ilə əlaqələrin yaradılması, ölkəmizin zəngin musiqisinin təbliğ edilməsi üçün fəaliyyəti gücləndirilməli, yeni təşəbbüslər irəli sürülməlidir.


Tags:  Nazir Filarmoniyanın direktorunu cəzalandırdı

RƏYLƏR


Top news