Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xəzəryanı ölkələrin nəqliyyat nazirləri Tehranda görüşəcəklər

Xəzəryanı ölkələrin nəqliyyat nazirləri Tehranda görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işləri nazirləri Moskvada görüşəcəklər Böyüt (27 Mart 2017 17:59)
Azərbaycan və Ermənistan xarici işləri nazirləri görüşəcəklər - Moskvada (27 Mart 2017 17:52)
Məmmədyarov Nalbandyanla görüşəcək (27 Mart 2017 17:44)

Tarix: 22 Dekabr 2015 10:38

Bakı. Trend:

Dekabrın 23-də İran İslam Respublikasının Tehran şəhərində Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclası keçiriləcək.

Trend Nəqliyyat Nazirliyinin saytına istinadən məlumat verir ki, iclasda Azərbaycanln nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Görüş zamanı nəqliyyatın bütün sahələrində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional dəhlizlərin inkişafı, Xəzəryanı ölkələrin nəqliyyat üzrə imkanları və region ölkələrinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması kimi məsələlər müzakirə ediləcək.

Yekun olaraq “Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclasının Bəyanatı”nın qəbul olunması nəzərdə tutulub.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Xəzəryanı ölkələrin nəqliyyat nazirləri Tehranda görüşəcəklər



RƏYLƏR


Top xəbərlər