Bakıdakı restorandakı atışmaya görə cinayət işi açıldı

Bakıdakı restorandakı atışmaya görə cinayət işi açıldı
10:41 22 Dekabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən gecə paytaxtda baş verən silahlı insidentlə bağlı cinayət işi açılıb.

Bakı şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dekabr ayının 21-də axşam saatlarında Bakının Qaradağ rayonunda silahlı insident baş verib. Hadisə Lökbatan qəsəbəsindəki restoranlardan birində qeydə alınıb.

Ədalət Həsənov adlı şəxs restoranda dostları ilə ad gününü qeyd edərkən onunla restorandakı digər müştəri arasında mübahisə düşüb. Mübahisə zamanıda həmin şəxs və ya şəxslər ov tüfəngi və makarov tipli tapançadan atəş açıblar.

Nəticədə Ədalət Həsənovla azyaşlı oğlu Orxan və qardaşı Nazim Həsənovlar, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyev güllə yarası alıblar. Onlar hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə xəstəxanya çatdırlıblar.

Yaralılar ilkin tibbi yardım göstərilib. Həkimlər onları həyatları üçün təhlükə olmadığını bildiriblər.

Əraziyə Qaradağ rayon prokurorluğu və polis bölməsinin əməkdaşları cəlb olunub. 6 nəfəri gülləyən şəxs və ya şəxslər ərazidən uzaqlaşıblar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR