Rahid Əmirquliyev rekordu gözləmədi

Rahid Əmirquliyev rekordu gözləmədi
10:42 22 Dekabr 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"la müqavilə imzalayan Rahid Əmirquliyevin "Xəzər Lənkəran" karyerası başa çatıb. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2006-cı ilin yayından 9 il yarım cənubluların formasını geyinən yarımmüdafiəçi bu klubda 320 matç keçirib.
 
Bu qarşılaşmaların 254-ü Premyer Liqaya təsadüf edib. Rahid ölkə çempionatlarının 23 illik tarixində eyni klubda ən çox oyun keçirən 2-ci futbolçudur. "Qarabağ"da 268 çempionat matçı keçirən Aslan Kərimovdan geri qalan Əmirquliyev onu keçmək imkanını əldən verib. Hərçənd, mövsümün sonunadək "Xəzər Lənkəran"da qalacağı halda, Kərimovun rekordunu keçmək üçün 14 oyun da kifayət edəcəkdi.
 
Rahidin klubunu dəyişməsindən sonra indi şərəfini qoruduğu komandada ən çox çempionat oyunu keçirən futbolçu ünvanı "Qarabağ"ın üzvlərinə keçib. Əmirquliyevin yeni komanda yoldaşlarından Namiq Yusifov 213, Maksim Medvedev 207 matça çıxıb. Onlar komandalarını dəyişməsələr, 2-3 ilə Kərimovun rekorduna yaxınlaşa bilərlər.
 
Qeyd edək ki, "Xəzər Lənkəran"da keçirdiyi 254 çempionat oyununda Rahid 23 qola imza atıb. Ümumilikdə isə onun hesabında 311 çempionat matçında 30 qol var. "Qarabağ" 26 yaşlı yarımmüdafiəçinin karyerasında "Şahdağ" və "Xəzər Lənkəran"dan sonra 3-cü komandadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR