"Məncə, bu, yaxşı nəticədi" - "Kəpəz"in futbolçusu

"Məncə, bu, yaxşı nəticədi" -   "Kəpəz"in futbolçusu
10:42 22 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

"Onu deyə bilərəm ki, “Neftçi”yə qarşı yaxşı oynadıq. Əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Oyunda daha çox qol vurmaq üçün şanslarımız oldu, ancaq təəssüf ki, bundan yararlana bilmədik". 


Fanat.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Juninyo Premyer Liqanın XVIII turunda "Neftçi" ilə keçirilən oyundan (1:1) sonra klubun rəsmi saytına açıqlamasında deyib. 


Braziliyalı futbolçu turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmalarının pis nəticə olmadığını bildirib: "Hələlik çempionatın yarısını arxada qoymuşuq, 18 oyun keçirmişik və turnir cədvəlinin 5-ci pilləsindəyik. Məncə, bu, yaxşı nəticədi. Yaxşı istirahət etdikdən sonra səylə hazırlaşıb, mövsümün sonunda arzuladığımız məqsədə çata bilərik".


33 yaşlı yarımmüdafiəçi 90 dəqiqə ərzində komandaya dəstək verən azarkeşlərə təşəkkürünü çatdırıb: "Bütün azarkeşlərə minnətdarıq. Oyunlarımızın hamısında bizi ürəkdən dəstəklədilər. Belə də davam etsinlər. Fanatların dəstəyi ilə uğurlu nəticələrə imza atıb, daha irəliyə gedəcəyik". 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmnc-bu-yax-nticdiquot-t46322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR