Usta, işlədiyi binadan yıxıldı

Usta, işlədiyi binadan yıxıldı
10:46 22 Dekabr 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə bədbəxt hadisə baş verib. 36 yaşlı usta tikintidən yıxılaraq ağır xəsarət alıb.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, şəhərin Fikrət Əmirov ev 34 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Anar Zahid oğlu Məmmədov qapalı kəllə-beyin travması və başın arxa nahiyəsinin kəsiyi diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Yaralıya lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-ağır vəziyyətdə reanimasiya şöbəsində müayinəsi davam etdirilir.

Aparılan araşdırmalar nəticəsində 36 yaşlı kişinin tikinti şirkətlərindən birində usta işlədiyi, ehtiyyatsızlıq nəticəsində binadan yıxıldığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Dekabr ayının 12-də də Gəncədə ehtiyyatsız davranma usta işləyən şəxsin həyatına son qoyub. Hadisə şəhərin Heydər Əliyev 90 ünvanında qeydə alınıb.

H.Əliyev 90 ünvanında yerləşən hündürmərtəbəli binanın üzərinə aqlay vurmaqla məşğul olan usta, Tərtər rayonu, Z. Əhmədov ev 29 ünvanında yaşayan, 1985-ci il təvəllüdlü Zabil Camal oğlu Allahverdiyev işlədiyi hündürmərtəbəli binada təmir işləri apararkən ehtiyyatsız davranması nəticəsində quraşdırılmış dəmir konstruksiyadan yerə yıxılıb.

Açıq kəllə-beyin travması alan Z. Allahverdiyev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı aldığı xəsarətlərin ağırlığından xəstəxanada dünyasını dəyişib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367863

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR