Qənirə Paşayeva İzmirdə QHT və KİV rəhbərləriylə görüşüb

Qənirə Paşayeva İzmirdə QHT və KİV rəhbərləriylə görüşüb
10:49 22 Dekabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva İzmirdə Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin təşkil etdiyi tədbirdə “Azərbaycan-Türkiyə münasibətləri: Türk Dünyası dünəni, bu günü və gələcək prespektivləri”ndən danışıb. Lent.az-ın məlumatına görə, geniş məruzə ilə çıxış edən Qənirə Paşayeva ailələrə, tədbir iştirakçıların səslənərək topluma örnək olaraq bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib olduğunu daha çox anlatmalı olduğumuzu deyib.

 

İzmirin bir sıra tanınmış QHT-ləri, Türkiyənin bir sıra qurumlarının bölgə təmsilçilərinin, KİV rəhbərləri, bir sıra türk toplumlarının təmsilçilərinin, alim, aydınların və tələbələrin iştirak  etdiyi tədbirdə çıxışında millət vəkili Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağdan, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından da danışıb.

 

Tədbirdə çıxış edən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin başqanı Asif Qurban, bir sıra QHT və KİV rəhbərləri bu gün Türk və Müsəlman dünyasının məhz bu düşüncə ilə hərəkət etməsinin vacibliyini xüsusi vurğulayaraq "zaman birlik və bərabərlik zamanıdır" deyiblər.

 

Qənirə Paşayeva tədbirin sonunda tədbir iştirakçılarına Azərbaycan həqiqətlərinə dair materialları və özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını da imzalı hədiyyə edib. O, tədbir çərçivəsində İzmirdə təhsil alan bir sıra azərbaycanlı tələbələr, bu ölkədə fəaliyyət göstərən bir sıra azərbaycanlı ziyalılar, İzmirdə fəaliyyət göstərən bəzi türk toplumları təmsilçiləri ilə ayrılıqda da söhbət edib, müzakirələr aparıb. Həmçinin, İzmirdə bir sıra televiziya kanallarına, agentlik və qəzetlərə də Azərbaycan-Türkiyə münasibətləri, Türk dünyasının bugünkü vəziyyəti, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibə verib və sualları cavablandırıb.

 







Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226069

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR